Həyatın yaşam sığortasına edilən məhdudiyyətin səbəbləri açıqlandı

Həyatın yaşam sığortasına edilən məhdudiyyətin səbəbləri açıqlandı"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri tərəfindən sentyabrin 1-dən "Həyatın Yaşam Sığortası" məhsuluna qoşulma zamanı kredit xəttininin məhdudlaşdırılmasının səbəblərini açıqlayıb.
ASA-dan  bildirib ki, məhsul çərçivəsində kreditləşmənin ləğv olunmasının əsas məqsədi məhsulun yığım və sığorta xarakteristikalarının təkmilləşdirilməsi ilə bağlıdır.
"Bu məhsul çərçivəsində kreditləşmənin ləğv olunmasının əsas məqsədi məhsulun yığım və sığorta xarakteristikalarının təkmilləşdirilməsi ilə sığorta olunanlarda uzunmüddətli yığım mədəniyyətinin artırılması, eyni zamanda məhsulun iqtisadiyyatda uzunmüddətli vəsaitlər generasiya edilməsində sektorun töhfəsinin artırılmasıdır. Bu şərt qeyd olunan tarixdən əvvəl yaradılmış müqavilələrə şamil edilmir. ASA bütün sığorta iştirakçıları ilə birlikdə sığorta bazarının inkişafı, eləcə də məhz həyat sığortasının insanlarımızın həyatına dəyər qatması istiqamətində fəaliyyətini daha da genişləndirəcəkdir", - açıqlamada deyilir.
Bildirilir ki, bu məhsulun imkanlarının effektiv reallaşdırılması ilə əhalini uzunmüddətli yığıma daha fəal təşviq etmək, bununla da sektorun, eləcə də bu məhsulun istifadəçilərinin ölkə iqtisadiyyatı üçün vacib olan investisiya fəallığının genişləndirilməsi məqsədilə bazarın həyat sığortası iştirakçıları, 5 həyat sığorta şirkəti, ASA tərkibində müzakirələr nəticəsində sentyabrın 1-dən etibarən həyatın yaşam sığortası məhsuluna qoşulma zamanı kredit xəttindən istifadəni təklif etməyəcəklər.
Qeyd edək ki, "Həyatın yığım sığortası" məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əməkhaqqının əsas hissəsini yığım sığortasına yönəldirlər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7,5 %-lə kredit xətti təklif edirlər.
Nəticədə isə, "Həyatın yığım sığortası" məhsulundan istifadə etməklə əməkhaqqının əsas hissəsindən 50 % və ya 72 % (əməkhaqqıdan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edilir.
© Report

Banklar     Tarix: 28 avqust 2023

Oxşar xəbərlər

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU

Azərbaycanda fiziki şəxslərin ən az depoziti olduğu bank məlum olub. Əhalinin əmanətlərini ən çox - Artırdığı banklar. biznes və maliyyə xəbərləri portalının ölkə bankları üzrə tərtib etdiyi fiziki şəxslərin depozitlərini

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə


iqtisadi xeberler biznes ideyalari pul qazanmaq bitkoin qiymeti telefonla pul qazanmaq