"Həyatın yığım sığortası" ilə kredit xəttinin açılması dayandırılır
Azərbaycan Mərkəzi Bankının qərarına əsasən ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri "Həyatın yığım sığortası" məhsulundan istifadə edən müştərilərə kredit xəttinin açılmasını dayandırırlar.
Bu barədə sığorta şirkətlərindən bildirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Belə ki, bu ilin sentyabrın 1-dən heç bir həyat sığortası şirkəti kredit xətti təklif etməklə müştərini bu məhsulun əldə edilməsinə cəlb edə bilməyəcək.
Qeyd edək ki, "Həyatın yığım sığortası" məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əmək haqqının əsas hissəsini yığım sığortasına yönəldirlər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7,5 %-lə kredit xətti təklif edirlər.
Nəticədə isə, "Həyatın yığım sığortası" məhsulundan istifadə etməklə əmək haqqının əsas hissəsindən 50 % və ya 72 % (ə/h-dan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edilir.
Kredit xəttinin üstünlüyü ondan ibarətdir ki, əmək haqqının əsas hissəsinin sığortaya ödəməklə güzəştlərdən daha çox faydalanmaq imkanı ilə yanaşı, kredit borcunun və kredit faizinin ödənilməsi müddətinin sonunda yığım hesabı vasitəsi ilə qaytarılmasıdır.
Xatırladaq ki, Azərbaycanda 5 həyat sığorta şirkəti fəailiyyət göstərir.
© "Report"

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
CV hazırlayarkən buraxılan 5 səhv
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
SWIFT nədir?
Necə Bitcoin almaq olar?