İctimai nəqliyyatda gedişhaqqı artırıldı
ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək.
Biznes.az xəbər verir ki, ilkin mərhələdə paytaxtda müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslarda və metroda gediş haqqı 60 qəpik olacaq. Bu isə paytaxtda mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edir. Belə ki, hazırda yalnız "Bakubus" MMC-nin avtobus parkı 100 faiz olmaqla elektrik və CNG mühərrik növlüdür. Bundan başqa "Xaliq Faiqoğlu" MMC, "Çinar Trans" MMC, "GAC" MMC və digər bir neçə daşıyıcının istismarında olan xətlərdə CNG növlü avtobuslar mövcuddur. Beləliklə qiymət artımı yalnız "Bakubus"un istismarında olan marşrut xətlərinə və qeyd edilən daşıyıcılara məxsus bir neçə marşruta tətbiq ediləcək. Xətdə həm köhnə, həm də müasir avtobuslar varsa, onlarda gediş haqqı 50 qəpik olaraq qalacaq. Xətt üzrə avtobus parkı tam yeniləndikdə onlarda da tarif artımını tətbiq etmək mümkün olacaq.
Nəzərə çatdıraq ki, 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara da qiymət artımı tətbiq ediləcək.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı