II qrupda 150-dən çox bal toplayanların hamısı ali məktəbə qəbul olunacaq

II qrupda 150-dən çox bal toplayanların hamısı ali məktəbə qəbul olunacaq"II ixtisas qrupu son illərdə maraq mərkəzindən kənara çəkilib. Maliyyə sektorunda bankların bağlanması ilə bu sahədə əmək bazarında iş yerləri azalıb. Nəticədə abituriyentlərin də buna marağı azalıb".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, amma iqtisadiyyatın inkişafı üçün peşəkar mütəxəssislər, mühasiblər, maliyyəçilər lazımdır:
"İxtisasların adı ənənəvi qalırsa, mahiyyətində və məzmununda çox böyük dəyişikliklər olur. II qrup üzrə 12000 min plan yeri var. Bu qrup üzrə 150-dən yuxarı bal toplayan 9800 şəxs var ki, onların da hər biri müsabiqəyə buraxılıb. Onların hamısı ali məktəbə qəbul olunacaqlar".
150-200 bal arasında nəticə göstərmiş şəxslərin seçə biləcəkləri ixtisaslar açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.
O bildirib ki, bunlar meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yer quruluşu, daşınmaz əmlakın kadastrı, zoo mühəndislik kimi ixtisaslardır:
"Kənd təsərrüfatı yönümlü ixtisasları seçənlər də dövlət sifarişli yerlərdə oxuya biləcəklər. Bu ixtisaslara elə də çox maraq yoxdur. Lakin bunlar ölkə üçün çox vacib ixtisaslardır".
XXX
III ixtisas qrupunda plan yerlərinin sayı artırılıb
III qrupda plan yerlərinin sayı təxminən 800 artırılıb və yeni ixtisaslar da mövcuddur.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.
O bildirib ki, III qrupda DT altqrupunda plan yerlərinin sayı 13 512, müsabiqəyə buraxanların sayı isə 13 796 nəfərdir:
"Bu, o deməkdir ki, təxminən 200 nəfər ali məktəbə qəbul ola bilməyəcək. Müsabiqəyə buraxılanlar 200 baldan yuxarı nəticə göstərənlərdir. 150-200 bal toplayanlar isə 16 572 nəfərdir. Plan yerinə 150 ballıq ixtisaslar da daxil olduğundan, bu, o deməkdir ki, sözügedən altqrupda 3000 nəfər ali məktəbə qəbul ola bilməyəcək. Bu alt qrupda heç vaxt subbakalavrlar üçün yer olmur və bu il də olmayacağını düşünürük. Lakin keçən il 50 nəfər qəbul olmuşdu, bu il bir o qədər subbakalavr qəbul ola bilər".
Məleykə Abbaszadə qeyd edib ki, 440 baldan yuxarı nəticə göstərən hər bir şəxsin dövlət sifarişli yerlərdə oxumaq şansı var: "Lakin burada yüksək keçid balı olan ixtisaslar var. III qrupda 600 baldan yuxarı nəticə göstərənlərin sayı keçən illə müqayisədə aşağı düşüb. Belə ki, bu il onların sayı 342 nəfərdir. Keçən il bu rəqəm 617 idi. Keçən il hansısa ixtisasda keçid balı 500 baldan yuxarı idisə, bu il həmin ixtisasda 480-490 bal ətrafında ola bilər".
DİM-in Direktorlar Şurasının sədri əlavə edib ki, 250-dən aşağı keçid balları olan ixtisaslarda vəziyyət dəyişməyəcək:
"Orada ballar aşağı düşməyəcək. Çünki orta nəticə göstərənlərin sıxlığı artıb. Yuxarı reytinqli ixtisaslarda ballar azala bilər, orta və aşağı reytinqli ixtisaslarda ballar keçənilki səviyyədə olacaq. III qrupun TC altqrupunda dövlət sifarişli 1645 plan yeri var. Abituriyentlərin sayı isə 2156 nəfərdir. Burada dövlət sifarişli yerlərə sənəd verənlər 280 baldan yuxarı toplamalıdırlar. TC altqrupunda 150-200 ballıq ixtisaslar da var. Məsələn, regionşünaslıq ixtisası. Burada yerlərin sayı təxminən 1060-dır. Lakin namizədlərin sayı təxminən 3000 nəfərdir. Belə görürük ki, onların 2000-ə yaxını qəbul ola bilməyəcək".
I qrupda bəzi ixtisaslarda keçid balları artacaq
Bu il I qrupda rekord iştirakçı qeydə alınıb.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, bu il I qrup üzrə 33 min adam iştirak edib:
"Bu, ötən illə müqayisədə 5 min nəfər artıqdır. I qrup üçün 16499 plan yeri verilib. Lakin plan yerlərində artım iştirakçı sayındakı artımdan az olduğu üçün o qədər də təsir etməyəcək. I qrup üzrə 600 baldan yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 2 dəfə artıb. Bu o deməkdir ki, I qrupda müəyyən ixtisasların keçid balları artacaq".
O deyib ki, I qrup üzrə ballar artsa da, lakin 200 baldan yuxarı nəticə göstərmiş hər bir şəxs ali məktəbə qəbul olacaq:
"I qrupda bəzi ixtisasları - məsələn, riyaziyyat, fizika və kompüter elmlərini seçənlər gərək minimum 250 bal toplamış olsunlar. Onların sayı 12 min nəfərdir. Onların da arasında kifayət qədər yüksək müsabiqə yaranacaq".
Məleykə Abbaszadə qeyd edib ki, I qrup üzrə rus bölməsi isə plan yeri 3200-dür:
"I qrupda 200 baldan yuxarı nəticə göstərən rus bölməsi abituriyentlərinin sayı 1200, 150 baldan yuxarı olanların sayı isə 1600 nəfərdir. Rus bölməsində bu qrup üzrə 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs özünə ali məktəbdə yer tapa biləcək".
300 baldan yuxarı nəticə göstərmiş hər bir abituriyent dövlət sifarişli yerləri yaza bilər"
I ixtisas qrupunda mühəndislik ixtisasları üzrə keçid balları ənənəvi olaraq aşağı olur.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, xüsusən də texnoloji yönlü mühəndislik ixtisaslarında belə olur:
"I qrupda 10 785 yer dövlət sifarişlidir. Təbii ki, yüksək keçid balları dövlət sifarişli yerlərdə olacaq. 300 baldan yuxarı nəticə göstərmiş hər bir abituriyent dövlət sifarişli yerləri yaza bilər. Lakin ötən ilki ballarla öz balını müqayisə etməlidirlər. Mühəndislik ixtisaslarında dövlət sifarişli yerlərin keçid balı 280-290 bal da ola bilər. Keçən il bu ixtisaslarda daha az idi, lakin bu il ballar artacaq".
IV ixtisas qrupunda 511 nəfər 600-dən yuxarı bal toplayıb
"IV qrup üzrə imtahanda iştirak edənlərin və ərziə verənlərin sayı həmişəki kimi digər qruplarla müqayisədə daha azdır".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, keçən il bu qrup üzrə 5000 abituriyent imtahanda iştirak etmişdisə, bu il onların sayı 400 nəfər artıb:
"Keçən illə müqayisədə IV qrupda vəziyyət eynidir. Bu il 600-dan yuxarı nəticə göstərənlərin sayı 511-dir. Ötən il onların sayı 408 nəfər idi. Bu qrupu seçənlər əsasən tibb yönümlü ixtisasları seçirlər. Lakin müəyyən qisim var ki, kənd təsərrüafatı yönümlü ixtisaslara meyil edir. Ona görə ki, həmin ixtisaslara qəbul daha asandır".
Məleykə Abbaszadə qeyd edib ki, 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs kənd təsərrüfatı yönümlü ixtisasları da qeyd etsə, ali məktəbə qəbul ola bilər:
"Bu şəxslərin sayı 3107 nəfərdir. 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 3824 nəfərdir. Bu qrupda da hər bir abituriyent ali məktəbə qəbul ola bilər. Ali təhsilli tibb bacılarına böyük ehtiyac var. Ola bilsin ki, həmin ixtisası seçənlər özlərinə daha tez iş tapa bilər, nəinki digər ixtisası seçənlər".
V qrupda qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinin sayı açıqlanıb
"V ixtisas qrupunda qabiliyyət tələb edən ixtisaslar üzrə 3924 plan yer ayrılıb. Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlərin sayı isə 8921 nəfərdir".
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"Qabiliyyət tələb edən ixtisaslarda 7 istiqamət var. 14-cü komisiyanın dizayn ixtisası üzrə 335 plan yeri ayrılıb. 677 abituriyent isə qabiliyyət imtahanından məqbul qiymət alıb. 61-ci komissiyanın (Bakı) məşqçilik ixtisası üzrə 1275 plan yeri ayrılıb. 2431 abituriyent qabiliyyət imtahanından məqbul qiymət alıb. Təsviri sənət üzrə 937 yer verilibsə, məqbul alıb müsabiqədə iştirak edənlərin sayı 1829 nəfərdir. Bu, o deməkdir ki, hər bir yer uğrunda 2 nəfər mübarizə aparır. Keçən il isə 2200 nəfər məqbul almışdı. Musiqi sənəti üzrə 667 yer var. Keçən il 960 nəfər məqbul almışdısa, bu il isə 825 nəfər məqbul alıb. Bu ixtisasda ötən illə müqayisədə müsabiqə vəziyyəti aşağı düşəcək. Memarlıqda 155 yerə 248 namizəd iddiaçıdır. Keçən il 140 yerə 166 nəfər iddiaçı idi. Burada bal arta bilər".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

"Uğur istedad deyil, vərdişlər toplusudur": hazırda bütün dünyanın danışdığı kitabdan 8 qayda

Məşhur terapevt və motivasiya kouçu Marisa Pirin yeni kitabı artıq Böyük Britaniyada bestsellerə çevrilib. Müəllif illərlə olimpiya çempionları, milyarderlər, məşhurlar və top-menecerlərlə işləyib və indi onun sözlərinə görə

Çat-botları yaltaqlıqdan necə uzaqlaşdırmaq olar?

2025-ci ilin yayında OpenAI ChatGPT 5-i təqdim etdi və onun əvvəlki versiyasını bazardan çıxardı. Köhnə modelin bir çox abunəçisi onun isti, mehriban tonuna bağlanmışdı və cazibədar robot yoldaşını itirdiklərinə görə narazılı

Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır

Apple 2026-cı ilin ikinci yarısından 2027-ci ilin birinci yarısınadək ən azı 5 yeni iPhone modelini təqdim etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Nikkei Asia" mənbələrə istinadən məlumat yayıb. VTB-də minima

Hindistanın kosmik inqilabı: startaplar qlobal yarışın qaydalarını dəyişir

Hindistanın dərin texnologiyalar sahəsində fəaliyyət göstərən startapları ölkənin kosmik ambisiyalarını dəyişdirir: dövlət Hindistanın qlobal kosmik yarışda strateji və iqtisadi mövqelərini gücləndirmək üçün özəl innovasiyalar

Dənizdə alovlanmalar: beynəlxalq səhiyyə sistemi necə formalaşıb?

Epidemioloq Katrin L. Uolles səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın nə qədər vacib olduğunu izah edir. Kruiz laynerləri dünyanın uzaq guşələrini görməyə imkan verən rahat üzən otellərdir. Amma epidemioloq kimi bilirə

Düyü böhranı: məşhur kənd təsərrüfatı bitkisi planetə niyə zərər verir?

Düyü milyardlarla insanı qidalandırır, lakin onun iqlim dəyişikliyinin dərinləşməsindəki rolu getdikcə artır. Düyü dünya əhalisinin yarıdan çoxunun əsas qida mənbəyidir. Cənub-Şərqi Asiyanın terraslı düyü sahələrindən Çi

NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb

Müxtəlif sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu NEQSOL Holding, Association for Talent Development (ATD) tərəfindən təqdim olunan 2026 BEST Award mükafatının qalibi elan edilib. Bu mükafatla biznes strategiyas

İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə "Global MBA" proqramına qəbul elan edir

() Azərbaycanda yüksək potensiala malik kadrların liderlik, idarəetmə və qlobal biznes bacarıqlarının inkişafına dəstək vermək məqsədilə IE Universitetinin "Global MBA" proqramına qəbul elan edilir. Proqrama qəbu

Britaniya Yunanıstanın iqtisadi bərpa təcrübəsindən nə öyrənə bilər

Yunanıstanın böhrandan sonrakı dirçəlişi göstərir ki, hökumət dövlət aktivlərini investisiyaların hərəkətverici qüvvəsinə çevirə və bunu istiqraz bazarlarını qorxutmadan edə bilər. Böyük Britaniya artıq on ildir dərin iqtisad


iqtisadi xeberler bitkoin almaq rubl mezenne investisiya emlak xeberleri