"İlin şirkəti" nominasiyasında "Gold Stevie" qazanan ilk Azərbaycan bankı "PAŞA Bank" oldu

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 22-ci Beynəlxalq Biznes Mükafatları ("International Business Awards®") müsabiqəsində "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatına layiq görülüb. Bank, bu dünyaca nüfuzlu mükafatı 2025-ci ildə qazanan ilk Azərbaycan bankı oldu.
Qaliblər bu il may–iyul ayları ərzində "Stevie Awards" təşkilatı tərəfindən keçirilən müsabiqənin münsifləri kimi çıxış edən dünya üzrə 250-dən çox beynəlxalq miqyaslı ekspertin və iri şirkət rəhbərinin ortaq qiymətləndirməsinə əsaslanaraq müəyyən edilib. Strateji inkişaf yanaşması, beynəlxalq standartlara uyğun idarəetmə prinsipləri, rəqəmsal transformasiya istiqamətində atdığı addımlar, müştəri məmnuniyyətini yüksəltməyə yönəlmiş tədbirlər və sosial məsuliyyət layihələrinə verdiyi mühüm töhfələr "PAŞA Bankı" bu nominasiyada fərqləndirən əsas amillər olub.
"PAŞA Bank"ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyevin sözlərinə görə, bu mükafat Bankın illər ərzində həyata keçirdiyi məqsədyönlü strategiyanın beynəlxalq arenada təsdiqi kimi dəyərləndirilir.
"Qeyd etməliyəm ki, bu dəfə Azərbaycanı təmsil edən şirkətlər arasında bu mükafata layiq görülən ilk bank məhz "PAŞA Bank" oldu. Bu uğur, ölkə və regionda lider mövqeyimizi möhkəmləndirməklə yanaşı, sahibkarların inkişafına dəstək göstərmək, kredit portfelimizin keyfiyyətini artırmaq və Azərbaycan biznesinin beynəlxalq arenada tanınmasına töhfə vermək istiqamətində apardığımız ardıcıl işlərin nəticəsidir," – deyə Cavid Quliyev bildirib.
Son illərdə mühüm nailiyyətlər qazanan "PAŞA Bank" müştəriyönümlü yanaşması və rəqəmsal həllərə əsaslanan inkişaf strategiyası ilə fərqlənir. 2025-ci ilin "CustomerFirst" ili elan olunması da bu istiqamətin strateji şəkildə davam etdirildiyini göstərir. Bankın rəqəmsal imkanları üzərində qurulan çevik və etibarlı maliyyə həlləri qeyri-neft sektorunun inkişafına mühüm dəstək verir.
30 iyun 2025-ci il tarixinə Bankın ümumi kredit portfelinin 85%-i məhz qeyri-neft sektoruna yönəldilməklə 3,28 milyard AZN, cəmi kapitalı 954 milyon AZN, cəmi aktivləri isə 8,97 milyard AZN təşkil edib.
Beynəlxalq Biznes Mükafatları və qaliblərin tam siyahısı haqqında daha ətraflı məlumatı www.StevieAwards.com/IBA saytından əldə etmək mümkündür.
2002-ci ildə ABŞ-da yaradılmış "Stevie Awards" təşkilatı tərəfindən keçirilən Beynəlxalq Biznes Mükafatları dünyanın biznes sahəsində ən nüfuzlu qlobal mükafat proqramı hesab olunur. Hər il dövlət və özəl sektor, kommersiya və qeyri-kommersiya təşkilatları, kiçik və böyük şirkətlər daxil olmaqla bütün dünyadan iştirakçılar bu mükafat uğrunda mübarizə aparır. Bu il müsabiqəyə ümumilikdə 3,800-dən çox müraciət daxil olub.
Qeyd edək ki, mükafatlar 10 oktyabr 2025-ci il tarixində Portuqaliyanın Lissabon şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq. / banker.az

Banklar     Tarix: 15 avqust 2025

Oxşar xəbərlər

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. Belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən  kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 50 AZ

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa


iqtisadi xeberler birbank biznes krediti 1000 manatla biznes biznes qurmaq