İndi aviabiletlər də ABB Business-də alınır
(®) Qeyri-bank xidməti həllərini inkişaf etdirən ABB bu sahədə daha bir yeniliyini müştərilərə təqdim edib.
Bankın uğurla reallaşdırdığı "FlyDesk" layihəsi sayəsində korporativ müştərilər artıq səfərlərini də ABB Business platforması üzərindən planlaşdıra bilərlər. Müştərilərə, o cümlədən biznes sahiblərinə, mühasiblərə, şirkətlərin insan resursları sahəsində çalışan əməkdaşlarına və b. ABB Business platformasından çıxmadan aviabiletlər axtarmaq, uçuş qiymətlərinin müqayisəsini aparmaq, bilet alışı prosesini onlayn şəkildə tamamlamaq imkanı yaradılıb. Bu yeniliyi Azərbaycanda ilk dəfə məhz ABB tətbiq edib.
"FlyDesk" qlobal aviabilet sistemləri ilə inteqrasiya əsasında çalışır. Xidmətdən yararlanmaq üçün müştəri ABB Business İnternet Bank platformasına daxil olaraq "FlyDesk" bölməsində istiqamət və tarixləri qeyd edir, uyğun uçuşu seçir və ödənişi bank platformasında həyata keçirir.
Səfərlər üçün aviabilet alışının əlavə platformalara keçmədən birbaşa ABB Business üzərindən tam rəqəmsal təcrübə ilə tamamlanması, prosesin son dərəcə sürətli və təhlükəsiz olması bu yeniliyin yaratdığı əsas üstünlüklərdir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın əh bahalı brendləri - TOP-10
ZARA-nın uğur hekayəsi
Kriptovalyuta nədir və necə alınır?
CV-nin tərtib edilməsi prinsipləri
Elon Musk kimdir?