İndiyədək Azərbaycanda verilən güzəştli ipoteka kreditinin məbləği açıqlanıb
Bu ilin əvvəlindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xəttilə 225.4 milyon manat ipoteka krediti verilib ki, bu da 2 489 ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib.
Bunu İKZF-nin İpoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov "AzTV" telekanalında yayımlanan "İqtisadiyyat xəbərləri" verilişində deyib.
Onun sözlərinə görə, Fondun ayırdığı ipoteka kreditləri hesabına indiyənədək 50 300-dən çox ailə öz mənzil şəraitini yaxşılaşdırıb: "Həmin şəxslərə verilən ipoteka kreditlərinin ümumi məbləği 3 milyard 100 milyon manat təşkil edir. Verilən kreditlərin 78%-i Bakı şəhərinin payına düşüb. Bu vaxta qədər güzəştli ipotekadan 16 600 nəfər yararlanıb. Onlar 930 milyon manatadək güzəştli ipoteka ilə təmin ediliblər".
İ. Kələşov qeyd edib ki, satma öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə edənlərin sayı isə 5 minə çatıb: "Bu mexanizm vasitəsilə mənzilə sahib olan şəxslərlə 4 725 kirayə müqaviləsi bağlanılıb".
Xatırladaq ki, 2023-cü ildə ipoteka kreditləri hesabına 3 800-dən çox şəxsə 349 milyon manat məbləğində adi ipoteka kreditləri verilib. Bu il isə təqribən 350 milyon manat məbləğində adi ipoteka kreditlərinin verilməsi planlaşdırılır. / banker.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi