İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüftalarını çoxsaylı risklərdən sığorta edir. Dövlət dəstəyi ilə təqdim olunan bu mexanizmdən faydalanan sahələrdən biri də heyvandarlıq təsərrüfatlarıdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə iribuynuzlu südlük və ətlik mal-qaranı və xırdabuynuzlu heyvanları sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondu heyvanları çoxsaylı risklərdən sığorta edir. Bura təbii fəlakət hadisələri, yoluxucu xəstəliklər, yemdən, otdan və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşarat sancması, yanğın, vəhşi heyvanların hücumu, avtomobillə vurulmama, daşınma zamanı qəza, oğurluq-quldurluq halları və sair aiddir.
Sadalanan hadisələr nəticəsində tələf olan və ya məcburi kəsimə göndərilən heyvanlara görə, fermerlərə ödənişlər edilir. Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq üzrə ilk sığorta ödənişi Göygöl rayonunda yerləşən təsərrüfatda edilib.
Bugünədək Aqrar Sıgorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə əlaqədar olaraq fermerlərə ümumilikdə 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib.
Heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat, 2025-ci ilin ilk 10 ayında isə 327 min manat sığorta ödənişi edilib.
Təhlillər göstərir ki, heyvandarlıq sığortası üzrə ödənişlər əsasən yoluxucu xəstəliklər, yem və otdan zəhərlənmə, vəhşi heyvanların (ayı, canavar və sair) hücumu, ilan və ya həşərat sancması və sair hallara görə ödənilib.
Dövlətin 50%-lik sığorta haqqı dəstəyi sayəsində fermerlər öz heyvanlarını sığorta haqqının yarısını ödəməklə sığotalaya bilərlər. Hazırda iribuynuzlu heyvanların sığortası üzrə tariflər seçilmiş sığorta zərfindən asılı olaraq 4,89%-7,80%, xırdabuynuzlu heyvanlar üzrə tariflər isə 4,60-7,37% arasındadır.
Nəticədə, məsələn, qiyməti 1000 manat olan inəyi sığorta etmək fermerə cəmi 24-39 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7-11 manata başa gəlir.
Hadisə baş verdikdə 10% azad olma tətbiq edilməklə fermerə aqrar sığorta ödənişi edilir. Qanunvericiliyə əsasən yalnız, rəsmi bəyan edilmiş və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan heyvanlar sığortalana bilər. Fermerlər heyvandarlıq təsərrüfatlarını sığotalamaq üçün Aqrar Sığorta Fonduna müraciət edə bilərlər. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Ən çox soruşulan müsahibə sualları hansılardır?