İnsan həyatda hansı sınaqlardan keçməlidir?

İnsan həyatda hansı sınaqlardan keçməlidir?Sınaqlar – həyat yolumuzda qarşılaşdığımız müxtəlif çətinliklərdir. Biz onları inkişafımızın zəruri mərhələləri və ya yanlış hərəkətlərimizin nəticəsi kimi qarşılayırıq. Ancaq sınaq prosesində həqiqətən yetkinliyimizi, emosional sabitliyimizi, təcrübənin, biliklərin, bacarıqların və müxtəlif zəruri keyfiyyətlərin olub-olmadığını dərk edirik. Yalnız sınaqlardan keçdikdən sonra insan nəyəsə nail olduğunu əminliklə deyə bilər.
Nikkolo Makiavelli yazırdı ki, əməklə qazanılan xoşbəxtlik taleyin iradəsi ilə əldə edilən xoşbəxtlikdən üstündür. Belə xoşbəxtlik daha etibarlıdır və insan ona təkrar nail ola bilir. Uğur üçün lazım olan keyfiyyətlər varsa, əksər hallarda onu təkrarlamaq mümkündür. Amma nə təcrübəmiz, nə biliyimiz, nə də daxili yetkinliyimiz yoxdursa, nəticə əldə etmək son dərəcədə çətindir. Belə hallarda insanlar şansa güvənirlər, lakin bu, işə başlamaq üçün ən etibarsız təməldir. Hansı dənizçi yolu bilmədən dənizə çıxır? Ya son dərəcədə təcrübəli, qabaqcıl, ya da tamamilə axmaq.
Sınaqlar – təcrübə mənbəyidir
Sınaqlar bizə qarşıya qoyulan tapşırıqların öhdəsindən gələ bilməyəcəyimiz halda, təcrübədə öz bacarıqlarımızı yoxlamaq, eləcə də dünyaya və özümüzə başqa bucaqdan baxmaq imkanı verir. Bəziləri üçün sınaq çətin, qaçınılması lazım olan bir şeydir. Başqaları üçün sınaqlar yarışdır, hansını ki keçdikdən sonra insan özü üçün yeni planka müəyyən edir. Və əgər sınaqlar uğurla dəf edilibsə, uzun müddət bu plankanı saxlamaq olur. Sınaqdan keçə bilmədikdə isə insan yeni təcrübə əldə etmək imkanını qazanır.
Bəzən biz sınaqlarla könüllü olaraq qarşılaşırıq, hansısa biznesə başlayırıq və ya özümüz üçün mühüm məqsədlər qoyuruq, bəzən bu sınaqlar bizi öz-özünə tapır. Başa düşmək vacibdir ki, sınaq – ən yaxşı təcrübə mənbəyidir. Yeni təcrübə insanın ən qiymətli daxili resursudur. Axı təcrübəni həyatdan ayrı əldə etmək olmaz. Bilik öyrənilə və inkişaf etdirilə, güc artırıla, bacarıqlar isə təkməllişdirilə bilər. Onlardan fərqli olaraq təcrübə heç yerdən qazanıla bilməz. Və buna görə də sınaqlar bizim üçün ən dəyərli mənbə kimi qiymətləndirilməlidir.
Hansı sınaqları seçmək lazımdır?
Sınaqlar, əlbəttə ki, gücümüz daxilində olmalıdır. Əgər biz üzərimizə dözülməz yük götürsək, qaçılmaz olaraq uğursuzluğa məhkum olacağıq və qabiliyyətimizə olan inamı sarsıdacağıq. Bir çox insanlar öz üzərinə böyük yük götürürlər, mənfi təcrübə qazanırlar və bir daha onları təkrarlamaq istəmədikləri üçün inkişafın müxtəlif potensial əhəmiyyətli sahələrini bu şəkildə əldən verirlər. Bu səbəbdən qabiliyyətlərinizi olduğundan yüksək və ya aşağı qiymətləndirməyin.
Bununla yanaşı, çox asan sınaqları da seçməmək lazımdır, çünki bu, inkişafdan imtina etmək deməkdir. Unutmayın ki, böyümə və inkişaf məhz çətinlik anlarında baş verir. Yeni, bacarıqlarımızı şübhə altına alan bir şeylə qarşılaşdıqda, özümüz üçün konkret yol təyin edə bilərik. Əgər eyni çəki və müddət ərzində məşq etsəniz, uzunmüddətli perspektivdə heç bir nəticə əldə etməyəcəksiniz. Çətin sınaqlardan imtina etsəniz və böyümə üçün bu cür imkanları nəzərə almasanız, sadəcə çətinliklərlə üzləşmək istəmədiyiniz üçün heç bir nəticə almayacaqsınız. Təcrübə nadir hallarda ağrısız əldə edilir, necə ki həqiqi böyümə nadir hallarda asan olur. Başa düşmək lazımdır ki, uğurun arxasında həmişə zəhmət dayanır. Hər bir yol fərqli mənada çətindir və bu çətinlik təkcə işin miqdarı deyil, həm də bizim ona qoyduğumuz risk deməkdir.
Sınaqlar çox asan və sadə olmamalıdır. Bu iki səviyyə arasında tarazlıq saxlamaq lazımdır ki, özümüzü məhv etmədən böyüməyə davam edə bilək. İdmanda, məsələn, ağır məşqlər təkcə bədənin məhvinə deyil, həm də texnikanın pisləşməsinə gətirib çıxarır ki, bu da çox sayda təkrarı mənasız və hətta zərərli edir, çünki yanlış texnika möhkəmlənməyə meyllidir. Gündəlik həyatda da belədir – böyük çətinliklərlə qarşılaşdıqda, səhv addım atacağıq və mənfi təcrübə qazanacağıq, özümüzə və seçdiyimiz yola inamımızı itirəcəyik.
Orta hesabla nail olmaq üçün potensialımızın 70%-ni xərcləyəcəyimiz məqsədləri seçmək məqsədəuyğundur. Bu, sabit inkişafı təmin edəcəkdir. Ardıcıllıq əksər hallarda intensivlikdən daha vacibdir.
Hansı sınaqlardan keçmək lazımdır?
Həqiqətən orijinal, təcrübəli və yetkin bir insan olmaq üçün bağlılıqlara, paradiqmalara və maddi vəziyyətə təsir edəcək, zövq almaq imkanlarını məhdudlaşdıracaq və real böyüməyə şərait yaradacaq bir sıra sınaqlardan keçməliyik. Bəziləri bu cür sınaqları könüllü yaşayır, bəziləri isə qəfil qarşılaşır, lakin belə sınaqlar uğurla başa çatırsa insan yetkinləşir, bu da onun hərtərəfli müstəqil olmasını mümkün edir.
Bir tərəfdən, bəzən dünya açıq-aşkar bizi sınaqlarla qarşılaşdırır – əgər kiməsə bağlısınızsa, daha yaxşı olmaq üçün ayrılıqda keçməlisiniz. Varlanmaq istəyirsinizsə, həddindən artıq zəhmət çəkməlisiniz. Bilik əldə etmək istəyirsinizsə, müəllimlər və bilik mənbələrini axtarıb tapmalısınız. Nailiyyət arzusu sınaq doğurur və insanın nəyəsə nail olub-olmamasını müəyyən edir.
Digər tərəfdən, sınaqlar təbii olaraq insanın həyat tərzindən yaranır. Sərvət arzusu təbii olaraq həm sərhədləri genişləndirmək, həm də çox çalışmaq ehtiyacını sövq edir. Bu və ya digər şəkildə, hər hansı bir sahədə həyatda real dəyişiklik üçün sınaqlardan qaçınmaq olmaz.
Sınaqları harada və necə tapmaq olar?
İnsan anlayanda ki, böyümə və inkişaf səviyyəsinin yüksəlməsi xoşbəxtlik mənbəyidir, təbii olaraq daha yaxşı olmağa çalışır. Unutmayaq ki, böyüməyi mümkün edən sınaqlardır, bəs onları haradan tapmaq mümkündür?
Əslində, həyata mexaniki nöqteyi-nəzərdən baxmağı dayandırsaq, özümüz üçün çox sayda sınaq tapa bilərik. Daha erkən oyanmaq, müəyyən gündəlik rejimə əməl etmək, yeni bacarıqlara yiyələnmək, hədəflər qoymaq, potensialını reallaşdırmaq. Zahirən sadə görünən sınaqlar böyümənin əsasını təşkil edir: səhər oyanmaq çətindir – gec yatmaq – telefon və ya oyunlarla çox vaxt keçirmək – daim darıxmaq – istedadını həyata keçirməmək – bir şeyə başlamaq üçün cəhd etməmək. Bu cür zəncirlər çox ola bilər və onlar tamamilə zərərsiz şeylərdən əmələ gəlir. Buna görə də, hərəkətə keçmək və narazılığın və xoşbəxtliyin olmamasının səbəblərini təhlil etmək çox vacibdir.
Daha qlobal və ciddi sınaqlar adətən digər insanlarla əlaqələndirilir: onlar və onlarla olan münasibətlə, qarşıdurma və cəmiyyətə inteqrasiya olmaq ehtiyacı ilə, orada mövqe tutmaq üçün mübarizə aparmaqla.

Maraqlı     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Tullantılar necə biznesə çevrilir? "Tullantıların biznesi" kitabı NƏŞR OLUNDU

Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb. Təşəbbüslər və Layihələr Mərkəzini

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Bu vint raketlər və təyyarələr üçün vacibdir, amma bir ədədini almaq illər çəkə bilər

Tramp administrasiyası sursat istehsalını sürətlə artırmağa çalışdığı bir vaxtda bu ixtisaslaşdırılmış vintlər bahalı və son dərəcə qıt komponent olaraq qalır. Xarici görünüşcə bu detal köhnə əşyalar qutusunda yeri olan mexanizm

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində


iqtisadi xeberler online pul qazanmaq valyuta mezennesi bitkoin qiymeti bitkoin almaq