İpoteka almaq daha asan olacaq: Süni intellekt tətbiq ediləcək

İpoteka almaq daha asan olacaq: Süni intellekt tətbiq ediləcəkAzərbaycanda süni intellektin ipoteka kreditləşmə prosesinə tətbiqi planlaşdırılır.
Banker.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, fondun əsas hədəflərindən biri dövlətin strateji prioritetlərinə uyğun olaraq xidmətlərin rəqəmsallaşdırılmasını sürətləndirməkdir: "Dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində müxtəlif qanunvericilik təşəbbüsləri və tədbirlər planları Prezidentin sərəncamları ilə təsdiqlənib. 2026–2028-ci illər üzrə dövlət xidmətlərinin rəqəmsal transformasiyasının sürətləndirilməsinə dair tədbirlər planından irəli gələn vəzifələrə uyğun olaraq Fond da müvafiq tədbirlərin icrasını həyata keçirir. Əsas hədəflər rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi, süni intellekt həllərinin ipoteka kreditləşdirilməsi, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə tətbiqi, vətəndaşlardan tələb olunan sənədlərin toplanması yükünün faktiki olaraq 0-a endirilməsi, xidmətlərdə fiziki təmasın minimuma endirilməsi və yaşayış maliyyəsi alətlərinin əlçatanlığının artırılmasıdır. Bu məqsədlə Fond beynəlxalq təcrübəni öyrənir və Azərbaycanın mövcud iqtisadi reallıqları nəzərə alınmaqla qeyd olunan istiqamətlər üzrə işləri davam etdirir".
Bundan başqa, Fond rəsmisi deyib ki, müvafiq dövlət qurumları ilə inteqrasiya ilə bağlı danışıqlar gedir: "Fondun operatoru olduğu Elektron İpoteka və Kredit Zəmanət Sistemi vasitəsilə göstərilən xidmətlər üzrə müxtəlif dövlət qurumları ilə inteqrasiya təmin edilib. Hazırda sistem 8 dövlət qurumu ilə aktiv məlumat mübadiləsi aparır. Növbəti dövrlərdə bu sayın artırılması nəzərdə tutulur və bununla bağlı müvafiq dövlət qurumları ilə danışıqlar davam etdirilir".
"Bəzən mediada kreditləşmə prosesində sənədləşmə ilə bağlı çox sayda sənəd tələb olunduğu barədə xəbərlər yayılır. Lakin reallıq fərqlidir. İpoteka və Kredit Zəmanət Fondu ölkədə elektronlaşma və rəqəmsallaşma sahəsində xidmətlərini ilk elektronlaşdıran qurumlardan biridir. Fond hələ 2013-cü ildən etibarən bir çox xidmətlərini elektron formada təqdim edir. Bu baxımdan Fond Elektron İpoteka və Kredit Zəmanət Sistemi vasitəsilə xidmətlərini göstərən pioner qurumlardan biridir. Tələb olunan sənədlər də dəfələrlə sadələşdirilib. Hazırda sənədlərin böyük əksəriyyəti elektron sistem vasitəsilə əldə olunur. Bu səbəbdən vətəndaşların sənədləri fiziki olaraq banka təqdim etməsi artıq çox aşağı səviyyədədir. Fond növbəti dövrlərdə də fiziki təmasın minimuma endirilməsi istiqamətində işləri davam etdirəcək", – deyə R.Abdullayev əlavə edib.

Banklar     Tarix: 24 iyul 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu