İran Mərkəzi Bankına yeni sədr təyin edilib
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Əbdülnasir Hemməti beş illik müddətə İran Mərkəzi Bankının sədri təyin edib.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Fərmanda bildirilir ki, təyinat Hemmətinin fədakarlığı, səriştəsi və dəyərli peşəkar təcrübəsi nəzərə alınaraq, İqtisadiyyat və Maliyyə Nazirinin təklifi və Nazirlər Şurasının qərarı əsasında, İran Mərkəzi Bankı haqqında Qanuna uyğun şəkildə verilib.
Prezident vurğulayıb ki, Mərkəzi Bankın yeni sədrinin valyuta bazarının təşkili və idarə olunmasına, bank balanssızlığının aradan qaldırılmasına və likvidliyin nəzarət altına alınmasına xüsusi diqqət yetirməsi gözlənilir. Bu tədbirlər iqtisadi artımı dəstəkləməli, milli valyutanın dəyərini qorumalı və artırmalı, həmçinin sosial ədalətin təmininə xidmət etməlidir.
Məsud Pezeşkian Hemmətinin vəzifələrini uğurla yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
Təyinatdan sonra, 29 dekabrda İran tacirləri rialın qara bazarda ucuzlaşmasına etiraz olaraq aksiya keçiriblər. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları 755.000 riala bərabər olsa da, qara bazarda 1,4 milyon riala çatıb ki, bu da milli valyutanın davamlı ucuzlaşmasını göstərir. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
SMM nə deməkdir?
ZARA-nın uğur hekayəsi
Bitcoin necə işləyir?
Dünyanın ən zəngin idmançıları
Whatsapp biznesin üstünlükləri nələrdir?