İranın Bakıdakı bankı kiçilib, gəlirləri azalıb
"Bank Melli İran" Bakı filialı 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 2 milyon 794 min manat xalis mənfəət ilə başa vurub. Filial 2022-ci ilin eyni aylarını 1 milyon 357 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən ilin yanvar-sentyabr aylarında "Bank Melli İran" Bakı filialının xalis faiz gəlirləri 2 milyon 389 min manat ikən, bu ilin 9 ayında 2 milyon 148 min manata düşüb.
Bu il oktyabr ayının 1-nə İran bankının aktivləri 79 milyon 586 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 18% azdır. Bunun 5 milyon 636 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bakı filialının kredit portfeli 40.4% kiçilib.
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının ("Bank Melli İran-Baku") fəaliyyətini məhdudlaşdırıb. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri