İranın Bakıdakı bankı kiçilib, hesablardakı pullar çıxarılıb, gəlirləri azalıb

İranın Bakıdakı bankı kiçilib, hesablardakı pullar çıxarılıb, gəlirləri azalıb"Bank Melli İran" Bakı filialı 2023-cü ilin ilk yarısını (yanvar-iyun) 2 milyon 83 min manat xalis mənfəət ilə başa vurub. Filial 2022-ci ilin ilk yarısını 806 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin ilk yarısında "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2,6 dəfə artıb. Xalis mənfəətin artması Bankın cari biznes fəaliyyətindən qaynaqlanmır. 
Marja.a xəbər verir ki, 2022-ci ilin birinci yarısında "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 1 milyon 735 min manat ikən, 2023-cü ilin birinci yarısında 1 milyon 495 min manata düşüb. Haqq və komissiya gəlirlər isə 87 min manatdan 47 min manata düşüb.
Gəlirlərinin azalmasına qarşı xalis mənfəətin artması aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalardan qayıdan (azad olan) vəsaitin artması ilə əlaqədardır. Əgər 2022-ci ilin ilk 6 ayında ehtiyatdan 99 min manat qayırmışdısa, 2023-cü ilin eyni dövründə 1 milyon 348 min manat azad olub və gəlirə əlavə edilib. 
Ötən ilin sonunda "Bank Melli İran" Bakı filialının kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9 milyon 467 min manata çatmışdı. Bu il Bankın kredit portfeli 2 milyon 332 min manat azalaraq 7 milyon 135 min manata düşüb. Filialın cəmi aktivləri isə 19 milyon 561 min manat azalaraq 77 milyon 59 min  manata düşüb. Filialın cəmi aktivləri ötən ilin sonunda 96 milyon 621 min manata çatmışdı. 
"Bank Melli İran" Bakı filialında müştəri hesablarındakı vəsaitlər 6 dəfə azalaraq 8 milyon 904 min manatdan 1 milyon 490 min manata düşüb.
Bu ilin Mayında mətbuatda dərc olunan məlumatlara görə, Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının ("Bank Melli İran-Baku") fəaliyyətini məhdudlaşdırıb. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. 
İranın Bakıdakı bankı kiçilib, hesablardakı pullar çıxarılıb, gəlirləri azalıbİranın Bakıdakı bankı kiçilib, hesablardakı pullar çıxarılıb, gəlirləri azalıbİranın Bakıdakı bankı kiçilib, hesablardakı pullar çıxarılıb, gəlirləri azalıb/ marja.az

Banklar     Tarix: 10 iyul 2023

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler bitkoin qiymeti en son xeberler dollar məzənnəsi dollar mezenne