İşdən çıxarılanların sayı 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

İşdən çıxarılanların sayı 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıbİşdən çıxarılmaların qeydlərini aparan Challenger, Gray & Christmas adlı məsləhət şirkəti sentyabr ayına dair hesabatını açıqlayıb.

Biznes.az xəbər verir ki, işdən çıxarılan işçi sayı sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 26% azalaraq 54 min 64 nəfər olub.
İlin üçüncü rübündə isə ABŞ-lı işəgötürənlər ötən ilin eyni dövrünə nisbətən 16% artımla 202 min 118 nəfərin işdən çıxarıldığını bəyan ediblər. Bu göstərici 2020-ci ildən bəri ən yüksək üçüncü rüb işdən çıxarılma səviyyəsi kimi diqqət çəkib.

Cari ilin ilk üç rübündə ümumi işdən çıxarılma sayı isə 2024-cü illə müqayisədə 55% artaraq 946 min 426 nəfərə çatıb və 2020-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Dövlət sektoru bu il 299 min 755 nəfərin işdən çıxarılmasını planlaşdırdığını açıqlayıb. Onların 289 min 363 nəfəri, Hökumət Səmərəlilik Departamenti (DOGE) tərəfindən həyata keçirilən ixtisarlardan təsirlənən federal işçilərdir.

Sentyabr ayının sonuna olan məlumata görə, texnologiya sektorunda işdən çıxarılmalar 8% azalaraq 107 min 878 nəfərə düşüb, pərakəndə sektorunda isə 203% artaraq 86 min 233 nəfərə, media sektorunda isə 9% artaraq 14 min 60 nəfərə çatıb.

Bu il işdən çıxarılmaların əsas səbəblərindən biri iqtisadi şərait işçi ixtisarlarında ikinci əsas amil kimi önə çıxıb.

İlin ilk doqquz ayında planlaşdırılan ümumi işə qəbul sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 58% azalaraq 204 min 939 nəfərə enib və 2009-cu ildən bəri ən aşağı səviyyə qeydə alınıb.
Challenger, Gray & Christmas şirkətinin baş vitse-prezidenti Endi Çallencer, işdən çıxarılma planlarının 2020-ci ildən bəri ilk dəfə 1 milyonu keçməsinin çox mümkün olduğunu bildirib.

O qeyd edib:

"Bu qədər çox ixtisarın baş verdiyi əvvəlki dövrlər ya iqtisadi tənəzzül zamanı, ya da 2005 və 2006-cı illərdə olduğu kimi, istehsal və texnologiya sektorlarında iş itkilərinə səbəb olan ilk avtomatlaşdırma dalğası dövründə müşahidə olunmuşdu".

Çallencer qeyd edib ki, hazırda durğun əmək bazarı, xərc artımları və transformasiyaedici yeni texnologiyalar ilə üz-üzə qalınıb. O əlavə edib:

"Faiz endirimləri yaxınlaşdığı üçün dördüncü rübdə əmək bazarında müəyyən sabitlik görə bilərik, lakin digər amillər işəgötürənlərin ixtisar planlaşdırmasına və ya işə qəbul proseslərini təxirə salmasına səbəb ola bilər."

Xəbərlər     Tarix: 05 oktyabr 2025

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b


iqtisadi xeberler kicik biznes birbank biznes krediti valyuta mezennesi