İşğaldan azad edilmiş ərazilərdə ipoteka krediti veriləcək
İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində ipoteka proqramının təşkili ilə əlaqədar işçi qrup yaradılacaq.
Marja-nın əldə etdiyi məlumata görə, bu işçi qrupa Qarabağ Dirçəliş Fondu, Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bankların daxil edilməsi nəzərdə tutulur.
İşçi qrup işğaldan azad edilmiş ərazilərdə həm bankların daxili vəsaitləri hesabına, həm də dövlət xəttilə güzəştli ipoteka proqramının formalaşdırılması istiqamətindəki rəy və təklifləri müzakirə edəcək.
Xatırladaq ki, 11 oktyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. /marja.az

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
IBAN nədir?
Start-up nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?