İşləməyən şəxslərin bağlanmış banklara kredit borcları üzrə faizlərin silinməsi təklif olunur
Azərbaycanda işləməyən, eləcə də ailəsində 1-ci və 2-ci qrup əlil olan, müəyyən sosial təminata və yaxud yardıma ehtiyac duyan şəxslərin götürdüyü kreditlərin faizlərinin ödənilməsi ilə bağlı fərqli rejim tətbiq olunmalıdır.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"2015-ci ildən bəri banklarla bağlı ciddi islahatlar həyata keçirilir. Bir sıra bankların lisenziyaları ləğv olunub və onların ləğvi ilə bağlı bütün səlahiyyətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna verilib. Ancaq, burada incə bir məqam var. Bağlanmış bankların verdiyi kreditlər üzrə qərarlar yenidən müzakirə olunmalı və baxılmalıdır. Bu məsələyə humanzim nöqteyi nəzərindən yanaşılmalıdır. Cənab prezident 2009-cu ildə problemli kreditlərlə bağlı tarixi sənəd imzaladı və 10 minlərlə vətəndaşımızın problemli kreditləri ilə bağlı tarixi qərarlar qəbul edildi. Ona görə də, bu məsələ aidiyyəti qurumlarla müzakirə edilsin. Xüsusən ilkin məbləği ödəyən vətəndaşlara, hansı ki işləmir, ya da ailəsində əlil var, onlara kredit faizləri bağışlanılsın. Düşünürəm ki, bu məsələnin monitorinqinə ehtiyac var. Belə bir təklif hazırlanıb cənab prezidentə təqdim edilsə, bu məsləyə dövlət başçısı səviyyəsində müvafiq yanaşma ola bilər", - deyə o qeyd edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report" / marja.az

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR
Azərbaycanın Gürcüstana investisiyası 48% artıb
DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib
ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı
"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Avropadan Azərbaycana pul köçürmələri 56% artıb
Swift nədir?
Bill Qeyts kimdir?
Evdə biznes qurmağın yolları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Birbank xidmətinə necə qoşulmaq olar?