İstanbulda İslam Bankçılığı Təlimi başlayıb

İstanbulda İslam Bankçılığı Təlimi başlayıb Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 2024-2026-ci il "Maliyyə sektorunun inkişaf strategiyasında" yer alan alternativ (islam bankçılığı, rəqəmsal kreditləşmə və s.) maliyyələşdirmə alətlərinin tətbiqi imkanlarının araşdırılması strateji təşəbbüsündən irəli gələn fəaliyyətlər, İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu çərçivəsində məsələlərin icrası və McKinsey şirkəti tərəfindən hazırlanan "Sosial iqtisadi inkişafın maliyyələşməsi" layihəsində qeyd edilən alternativ maliyyələşdirmə imkanlarının araşdırılması, eyni zamanda AMB tərəfindən islam bankçılığı ilə əlaqədar yaradılan İşçi Qrupu və s. fəaliyyətlərin davamı olaraq 16 sentyabr 2024-cü il tarixindən etibarən İstanbul şəhərində İslam Bankçılığı Təlimi başlayıb. 
5 gün, sentyabrın 20-dək davam edəcək təlim Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının, Türkiyə Banklar Birliyinin (TBB) və Türkiyə Katılım Bankları Birliyinin (TKBB) təşkilatçılığı ilə, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) dəstəyi ilə keçiriləcəkdir. Təlim Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan hüquqşünas, komplayens və satış sahəsi üzrə rəhbər şəxslər üçün nəzərdə tutulub. 
İstanbulda İslam Bankçılığı Təlimi başlayıbXatırladılıb ki, cari ildə ABA rəhbər heyəti Özbəkistan Banklar Assosiasiyasının ev sahibliyi etdiyi ölkənin paytaxtı Daşkənd şəhərində keçirilən Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclasında iştirak etmiş və maliyyə trendləri – FinTech və banklar, fırıldaqçılıqla mübarizə, İslam bankçılığının populyarlaşması mövzuları eyniadlı konfransda müzakirə edilmişdir. 
Bundan əlavə, ABTC təşkilatçılığı, ABA dəstəyi ilə 24-26 yanvar 2024-cü il tarixlərində ABA üzvlərinin İslam Bankçılığı üzrə Türkiyə bankları ilə təcrübə mübadiləsi baş tutmuşdur.
Qeyd edilib ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
İstanbulda İslam Bankçılığı Təlimi başlayıbİstanbulda İslam Bankçılığı Təlimi başlayıbİstanbulda İslam Bankçılığı Təlimi başlayıb/ marja.az

Banklar     Tarix: 17 sentyabr 2024

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler dollar kursu valyuta kurslari dollar manat kursu telefonla pul qazanmaq