İstənilən ABB kartınızla pos-terminal ödənişlərində 7% əlavə Fayda
Bir çox üstünlükləri ilə istifadəçilərin işini rahatlaşdıran ABB mobile bu dəfə də
əlavə Fayda-larla sevindirir.
Belə ki, dekabrın 1-dən ABB mobile istifadəçilərinə əlavə Faydalar qazanmaq
üçün 4 kateqoriya üzrə seçim imkanı verilir. Bunlar "Kafe/restoran",
"Yanacaqdoldurma məntəqəsi", "Ərzaq mağazaları" və "Geyim mağazaları"dır.
Dekabr ayı ərzində qeyd olunan məkanlardan birində pos-terminalla ödəniş edən
istifadəçilər daha çox Fayda qazanmış olurlar. ABB mobile ilə ödənişlər
yanacaqdoldurma məntəqələrində, geyim mağazaları, kafe-restoranlarda 5%, ərzaq
dükanlarında 3% əlavə Fayda qazandırır. Ödəniş Mastercard hesabından edildikdə 2%-lik əlavə ilə bu Faydalar 7%-ə qədər artır. Digər kateqoriyalar üzrə Fayda-lar isə cari tarifə uyğun hesablanacaq.
Ödənişləri ABB-nin istənilən kartı, o cümlədən pensiya kartı hesablarından
aparmaq olar. Hətta ABB mobile istifadəçisi olmayan şəxslər də pulsuz rəqəmsal kart
yaradaraq bu fürsətdən faydalana bilərlər.
Fayda ABB-nin loyallıq proqramıdır, Proqram çərçivəsində ABB mobile istifadəçiləri tətbiqdən istifadə zamanı Fayda-lar toplayırlar. Daha sonra isə bu Fayda-larla mobil tətbiqdə ödənişlər edə və ya onları hədiyyələrə dəyişə bilirlər. Fayda haqqında daha geniş məlumatı buradan əldə etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyada ən çox oxunan 5 kitab
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyanın ən varlı 10 müğənnisi