İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb

2025-ci ildə ölkənin biznes və maliyyə mühitinə daxil olan Bir ekosistemi yenilikləri, innovativ həlləri ilə müştərilərinə yeni imkanlar yaradıb.
Birbank, Birmarket, m10 və MilliÖn kimi aparıcı brendlər və Trendyol Azərbaycan, BakıKart kimi birgə müəssisələrlə Bir ekosistemi müştərilərinə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlər təqdim edib.
İlin əvvəlindən etibarən həm müştərilər, həm də sahibkarlar üçün sürətli və təhlükəsiz ödəniş üsulu olan QR ödənişlərin əhatəsi Birbank-la 20 000 nöqtədə aktivləşdirilərək 40 000-ə çatdırılıb. Bu isə maliyyə sektorunda texnoloji yeniliklərin artmasına, əməliyyatların daha çevik və səmərəli idarə olunmasına dəstək olub.
İctimai nəqliyyatda istifadəçilərin həyatını rahatlaşdırmaq ötən ilin əsas hədəflərindən biri olubu. İlk olaraq Birbank tətbiqində BakıKart balansının artırılması ilə başlayan layihənin davamında Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün olub. Üstəlik bu texnologiya yalnız Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edib.
m10-a gətirilən ƏDV geri al imkanı da müştərilərin rəğbətini qazanıb. Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotipləri qırıldı. İstifadəçilər üçün gündəlik gəlir gətirməyi hədəfləyən məhsul, hesablanan faizə də faiz qazandırmaqla ötən ilin starlarından biri olub.
Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Bir ekosistemi müştərilərinə  investisiya dünyasının da qapılarını açmağı bacardı. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşuldu. Bununla da dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik qədər rahat, sürətli və təhlükəsiz olub.
Müştərilərin alış-veriş vərdişini dəyişmək, onlayn ticarəti daha sürətli, rahat və əlçatan etmək də ötən ilin uğurlu layihələrindən biri idi. Trendyol onlayn alış-veriş platformasında aktivləşdirilən "İndi al, sonra ödə" ödəniş üsulu Birbank mobil tətbiqində istifadəyə verildi. Alış-verişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə edə bilmək imkanı müştərilər üçün əsl fürsət yaradıb.
Partnyor şəbəkəsi genişlənərək 4000-ə çatıb. Bu isə müştərilərə minlərlə satış nöqtəsində bonus qazanmaq və xərcləmək imkanı yaratdı. m10-la uzaqdakı yaxınlara pul göndərmək isə bir neçə klik qədər asanlaşıb. İlin sonunda təqdim edilən m10 tətbiqdaxili rəqəmsal kartı isə vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırıb və istifadəçilərə dünyanın hər yerində rahat ödəniş imkanı tanııb. 
Həmçinin, Bir ekosistemlə ölkədə inklüzivlik sahəsində tarixi yeniliyə imza atıldı. Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün "İşarət dili ilə videozəng xidməti" Birbank mobil tətbiqində istifadəyə verilib.
2025-ci ilin uğurlarından ilham alaraq, Bir ekosistemi 2026-cı ildə daha da genişlənməyi və yeni maliyyə innovasiyaları təqdim etməyi hədəfləyir. Əsas məqsəd müştərilərə daha da rahat, sürətli və təhlükəsiz xidmətlər təklif etmək, ölkənin maliyyə sektoruna daha çox yeniliklər gətirməkdir.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi birgə müəssisələrlə əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb/ marja.az

Banklar     Tarix: 06 yanvar 2026

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler pul qazanmaq biznes krediti bitcoin internetden pul qazanmaq