İsveç və ABŞ 6G texnologiyalarını birgə inkişaf etdirmək barədə razılığa gəlib
İsveç və ABŞ altıncı nəsil 6G rabitəsinin inkişafı sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalayıblar.
Bu barədə İsveç hökumətinin dəftərxanası məlumat yayıb.
"İsveç və Birləşmiş Ştatlar 6G texnologiyasının şəffaflığı, təhlükəsizliyi, etibarlılığı, inklüzivliyi, dayanıqlığı və demokratik dəyərlərə uyğunluğunu təmin etmək üçün beynəlxalq tərəfdaşlarla geniş əməkdaşlıq səyləri nümayiş etdirir", – İsveç xarici işlər nazirinin müavini Yan Knutsson bildirib.
O qeyd edib ki, 6G texnologiyaları rabitə sürətini və ötürülən məlumatların həcmini əhəmiyyətli dərəcədə artırmaq, həmçinin təhlükəsizliyi gücləndirmək üçün nəzərdə tutulub.
İsveç və ABŞ-ın bəyanatı, iki ölkənin 2024-cü ilin əvvəlində daha səkkiz dövlətlə birlikdə imzaladığı 6G-nin inkişafı və tətbiqi prinsipləri haqqında sənədə əlavədir. / banker.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?