İsveçrə Milli Bankı 2022-ci ildə rekord itkilərlə üzləşib
2022-ci ildə milli valyutanın – İsveçrə frankının bahalaşması İsveçrə Milli Bankının (İMB) rekord həddə itkilərə qatlaşmasına səbəb olub.
Son 12 ayda federal ehtiyatların kəsiri 132 milyard frank təşkil edib və bu, Mərkəzi Bankın 115 illik tarixində ən böyük itkidir.
Müqayisə üçün qeyd edək ki, İMB-nin 2021-ci ildə mənfəəti 26,3 milyard frank təşkil edib. Həmin il federal hökumət və kantonal hakimiyyət orqanları 6 milyard frank, səhmdarlar isə hər qiymətli kağıza görə 15 frank dividend alıb.
2023-cü ildə tənzimləyicinin rəhbərliyi 2022-ci ilin mənfi maliyyə nəticələrinə görə pul ödənişlərindən imtina etmək niyyətindədir.
Qeyd edək ki, buna qədər İMB-nin ən böyük itkisi 2015-ci ildə qeydə alınmışdı. O zaman bankın itkiləri 23 milyard frank təşkil etmişdi. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Fond birjası nədir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznes qurmaq istəyənlərə 10 məsləhət