"Jeton satanlar"ı böyük maliyyə sanksiyaları gözləyir"

Son zamanlar bəzi şəxslər facebook, instagram sosial şəbəkələrində reklamların yerləşdirilməsi, Tik-Tok platformasından elektron ticarət qaydasında "jeton"ların alınması ilə əlaqədar ödənişlərin edilməsi zamanı 18% ƏDV öhdəliyi olmadan bu ödənişlərin edilməsi ilə bağlı vətəndaşlara müəyyən xidmət haqqı, ödəniş qarşılığında ödənişli xidmətlərin göstərilməsini elan edir.
Marja.az xəbər verir ki, "Bizcon Audit" MMC-nin direktor-auditoru Anar Bayramov bu xidmətu təkli edənlərin qanunvericiliyi pozduğunu bildirib:
"Bildiyimiz kimi məsələn, vətəndaş Facebook-da 100 ABŞ dolları məbləğində reklam yerləşdirərsə və reklam ödənişini şəxsi məqsədlər üçün bankdan aldığı plastik kart vasitəsilə həyata keçirərsə, belə olan təqdirdə bank Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən vətəndaşın hesabından əlavə olaraq 18 dollar məbləğində ƏDV-ni tutaraq büdcəyə köçürəcək. Çünki bank bu əməliyyata görə 18% ƏDV məbləğinin vətəndaşın bank hesabından tutulub büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyır. Nəticədə vətəndaşın bu reklamla bağlı xərci 118 dollar olacaqdır.
Əgər fiziki şəxs vergi ödəyicisidirsə və Facebook sosial şəbəkəsində 100 dollar məbləğində reklam yerləşdirərsə və bu reklam ödənişini sahibkarlıq məqsədləri üçün bankda açdığı VÖEN-ə bağlı plastik kart vasitəsilə həyata keçirərsə belə olan təqdirdə bank yalnız 100 dollar olan reklam ödənişini vergi ödəyicisinin bank hesabından Facebook sosial şəbəkəsinin hesabına köçürür. 18% ƏDV məbləğini Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi ödəyicisinin özü tərəfindən büdcəyə ödənilir.
Bu səbəbdən son zamanlar bəzi şəxslər qanunvericiliyin tələbəni anlamadan 18% ƏDV öhdəliyi olmadan Facebook, İnstagram, Tik-Tok kimi sosial platformalara ödənişlərin edilməsi barədə vətəndaşlara müəyyən xidmət haqqı qarşılığında "xidmət göstərirlər". Yəni vətəndaşlara bildirirlər ki, "Facebookda 100 USD dəyərində reklam yerləşdirdiyin zaman ödənişini öz kartından ödəyəcəksənsə, o zaman əlavə olaraq 18 USD ƏDV ödənişi də etməli olacaqsan. Bu ödənişi mənim plastik kartım vasitəsilə et, 18% ƏDV xərcin olmasın və  mənə əvəzində 3-5 dollar xidmət haqqı ödə."  
Nəticədə nə baş verir? Reklam yerləşdirmək istəyən vətəndaş 100 USD məbləğini "xidmət göstərən" şəxsin kart hesabına köçürür və həmin şəxs də 100 dollar məbləğini sosial platformaya köçürür. Köçürmə anında bank görür ki, ödəniş VÖEN-ə bağlı bank hesabındandır və buna görə həmin vəsaitdən əlavə olaraq 18% ƏDV-ni tutub büdcəyə ödəmir. Nəticədə "xidmət göstərən" şəxsin kart hesabına vətəndaşlar tərəfindən il ərzində külli miqdarda vəsait daxil olur və həmin vəsaitlər daxil olan kimi də Facebook, İnstagram, Tik-Tok kimi sosial platformalara köçür. Müəyyən müddətdən sonra vergi orqanı "xidmət göstərən" vergi ödəyicisinin bank hesabını yoxladıqdan sonra qeyri-rezidentə külli miqdarda ödənişlərin edildiyini və 169.4-cü maddəyə əsasən 18% ƏDV məbləğinin hesablanıb büdcəyə ödənilmədiyini təsbit edir və nəticədə vergi ödəyicisinə kameral qaydada vergi hesablayır.
Eyni "xidmət" xüsusilə Tik-Tok platformasından jeton almaq istəyən şəxslərə daha çox təklif edilir və həmin şəxslər Bakı şəhərində "jeton satanlar" kimi populyardır. 
Qeyd edim ki, bu formada fəaliyyət sahəsində dövriyyə kifayət qədər yüksəkdir. Təkcə Tik-Tok sosial şəbəkəsində bu metodla "jeton" alqı-satqısının dövriyyəsi milyonlarla manat həcmindədir. Həmin şəxslər bu məsələlərdə çox diqqətli olmalıdır. Qanunvericiyi bilmədikləri üçün bu gün onlar qazanclı olduğunu zənn etsələr də, sabah mütləq vergi orqanı tərəfindən onları böyük maliyyə sanksiyaları gözləyir.
P.S. Vergi Məcəlləsi 125 və 127-1-ci maddələrə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması halı qeyd edilməmişdir".

Maliyyə     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes