"Kapital Bank" "Bir" ekosistemində "Bir Taxi" istifadəyə verilə bilər" iddiasına cavab verdi
""Bir" ekosisteminə "Bir Taxi" adlı xidmətin əlavə ediləcəyi barədə yayılan məlumatlar doğru deyil".
Bunu Marja.az-a "Kapital Bank" ASC-nin İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynov bildirib.
""Bir Taxi" iddialarını əks etdirən xəbərin ekran görüntülərini mənə də göndərmişdilər. Belə bir niyyətimiz hələ yoxdur. Səmimi deyim ki, bunu çox maraqlı fikirləşiblər. Amma hazırda bizim hansısa əlavə taksi şirkətinin açılması planımız yoxdur", - Fərid Hüseynov deyib.
Yayılan xəbərə görə, "Bir" ekosistemində "BirTaxi" istifadəyə verilə bilər. İddia olunub ki, hazırda layihə üzərində aktiv işlər aparılır və xidmətin yaxın vaxtlarda istifadəyə təqdim olunacağı ehtimal edilir. Bildirilir ki, yeni taksi xidməti "Bir" ekosistemi çərçivəsində fəaliyyət göstərəcək və rəqəmsal həllərlə bazarda fərqlənməyə çalışacaq. Məlumatlara görə, yeni taksi xidməti rəqəmsal imkanlarla təchiz olunacaq və istifadəçilərə daha rahat sifariş və xidmət təcrübəsi təqdim etməyi hədəfləyir.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri