Kapital Bank "Birbank" brendinə transformasiya edir
2025-ci ilin birinci rübündən etibarən "Kapital Bank" brendini "Birbank" brendinə transformasiya edir.
Banker.az xəbər verir ki, bunu bankın keçirilən mətbuat konfransında İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.
"İndi aylıq 3 milyondan çox aktiv müştərisi ilə "Birbank" "Kapital Bank" qədər güclü brendə çevrilə bilib", – deyə bank sədri bildirib.
Sədr deyir ki, gələcək planlar daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərində hədəflənib.
"2025-ci ilin 1-ci rübündən etibarən "Kapital Bank" brendini "Birbank" brendinə transformasiya edirik", – deyə o əlavə edib.
Konfransda məhsul və xidmətlərin isə müştərilərə "Birbank" brendi üzərindən təqdim ediləcəyi bildirildi.
Bununla belə, Bank sədri bu prosesdə bunun "Kapital Bank" brendinin yox olması anlamına gəlmədiyini, Bankın bazarda daha çox "Kapital Bank" brendi ilə maliyyə institutu kimi qalacağını nəzərə çatdırdı.

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın ən varlı 10 adamı
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Onlayn biznes ideyaları
İnstaqramda biznes qurmağın yolları