Kapital Bank BMT-nin Qlobal Sazişinə qoşuldu: dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq
®Ölkənin birinci bankı Kapital Bank Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Bu mövzuda 5 noyabr 2024-cü il tarixində bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.
Memorandum bankın dayanıqlı inkişaf istiqamətində gördüyü işlərin beynəlxalq səviyyədə tanınmasına və bankın uzunmüddətli strategiyasının qlobal standartlara uyğun şəkildə inkişaf etdirilməsinə şərait yaradacaq. Bu haqda Fərid Hüseynov çıxışında qeyd edib. "Kapital Bank hər zaman insan hüquqlarının müdafiəsi, əmək standarlarının qorunması, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə prinsiplərini öz fəaliyyətində əsas hesab edib. Bu gün imzaladığımız memorandumla biz bu prinsiplərə bağlı olduğumuzu rəsmi olaraq da təsdiq edirik. Bizim üçün BMT-nin Qlobal Saziş şəbəkəsinə qoşulmaq yalnız bir öhdəlik deyil, həm də gündəlik fəaliyyətimizdə yaşatdığımız dəyərləri daha da möhkəmləndirmək məqsədi daşıyır".
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Samir Məmmədov isə çıxışında Kapital Bank-ın qlobal təşəbbüslərdə iştirakını olduqca yüksək qiymətləndirib. "Kapital Bank-ın bu prosesdə liderliyi həm ölkəmizdə, həm də beynəlxalq arenada dayanıqlı və məsuliyyətli bankçılıq standartlarının təbliğinə böyük töhfə verəcək. Bankınız bu əməkdaşlıqla beynəlxalq dəyərlərə və məsuliyyətli iş prinsiplərinə sadiqliyini təsdiqləyir. Eyni zamanda bu addım Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı üçün olduqca vacibdir".
Yaşıl dünya naminə həmrəylik ili və COP 29 iqlim konfransı ərəfəsində baş tutan bu əməkdaşlıq həm milli, həm də qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq bankın rəqəmsallaşma, yaşıl bankçılıq, təhsilə dəstək və sosial məsuliyyət sahələrində daha genişmiqyaslı layihələr həyata keçirməsinə imkan yaradacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Onlayn biznes ideyaları
Françayzinq nədir və necə olur?
İnstaqramda biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Dünyada ən çox oxunan 5 kitab