Kapital Bank bu il də "Sibos 2025"də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib

Kapital Bank bu il də ®Azərbaycanın aparıcı maliyyə qurumu olan Kapital Bank 29 sentyabr tarixində  Frankfurt şəhərində start götürən dünyanın ən nüfuzlu maliyyə tədbiri olan "Sibos 2025"dəki iştirakına başlayıb. Tədbirin ilk günündən etibarən bankın nümayəndə heyəti qlobal maliyyənin gələcəyini formalaşdıran müzakirələrdə aktiv iştirak edir.
Dörd gün davam edəcək tədbir çərçivəsində Kapital Bank-ın beynəlxalq tərəfdaşlıqları gücləndirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə dünyanın aparıcı bankları ilə bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Görüş planlaşdırılan banklar arasında "ODDO BHF", "First Abu Dhabi Bank", "Banco BPM", "Mashreq Bank", "QNB", "Standard Chartered", "Raiffeisen Bank International", "BNY Mellon" və "Bayerische Landesbank" kimi maliyyə nəhəngləri yer alır.
Bu görüşlərin əsas məqsədi mövcud əməkdaşlıqların dərinləşdirilməsi, xəzinədarlıq, ticarətin maliyyələşdirilməsi və beynəlxalq hesablaşmalar sahəsindəki ən son trendlərin müzakirəsi, eləcə də Azərbaycanın maliyyə bazarı üçün yeni imkanların yaradılmasıdır.
Kapital Bank-ın Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev tədbirlə bağlı öz fikirlərini bölüşüb: "Sibos bizim üçün sadəcə bir tədbir deyil, qlobal maliyyə ekosisteminin bir parçası olduğumuzu təsdiqləyən strateji bir platformadır. Bu il də tədbirdə çox zəngin gündəliklə iştirak edirik. Planlaşdırdığımız görüşlər beynəlxalq tərəfdaşlıqlarımızı gücləndirməklə yanaşı, həm də ən qabaqcıl təcrübələri və innovasiyaları ölkəmizə gətirməmizə imkan verəcək. İnanırıq ki, bu dialoqlar həm Kapital Bank-ın, həm də bütövlükdə Azərbaycanın maliyyə sektorunun qlobal arenadakı mövqeyini daha da möhkəmləndirəcək".
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / banker.az

Banklar     Tarix: 29 sentyabr 2025

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler rubl mezenne leobank kart avtomobil xeberleri birbank