Kapital Bank əməkdaşlarını kritik xəstəliklərdən sığortaladı
(®) Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan və 5000 nəfərdən çox əməkdaşı olan Kapital Bank bankçılıq sahəsinin bir çox istiqamətlərini əhatə etməklə yanaşı öz əməkdaşlarının həyat keyfiyyətini artırmağı şirkətin hədəfinə çevirib.
Kapital Bank əməkdaşlarının sağlamlıq və təhlükəsizliyini günün tələblərinə uyğun səviyyəyə qaldırmaq, onların həyatını kritik xəstəliklərdən qorumaq məqsədilə PAŞA Həyat Sığorta şirkətinin "Korporativ Həyat Sığortası" məhsulunu əldə edib.
Məhsulun özəlliyi ondan ibarətdir ki, şirkət əməkdaşlarının həyatını dünyanın hər bir nöqtəsində başına gələ biləcək istənilən hadisələr, kritik xəstəliklər zamanı maddi təminat altına alır. Ən böyük üstünlüklərindən biri isə bütün dünyada keçərli olması ilə yanaşı, istənilən səbəbdən ölüm və kritik xəstəliklər (xərçəng, insult, miokard infarktı, aorto-koronar şuntlama, böyrək çatışmazlığı, iflic və s) zamanı əməkdaşı təminat altına almasıdır.
Qeyd edək ki, bu sığorta növü kritik xəstəliklər zamanı əməkdaşın müalicəsi üçün tələb olunan xərcləri təmin edir. Ödənilmiş məbləğ əsasında sığortalanan əməkdaş öz müalicəsini istədiyi şəkildə (xəstəxana, ölkə və s.) özü təyin edə və ya seçə bilər. Bir sözlə, əməkdaşa kritik xəstəliklərin müalicəsi məqsədilə ödənilmiş məbləğin istifadəsi onun tam ixtiyarına verilir.
Kapital Bank-ın öz əməkdaşlarının sağlamlığının qorunması, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üçün atdığı bu addım şirkətin öz əməkdaşlarının təhlükəsizliyinə verdiyi dəyərin bariz nümunəsidir.
PAŞA Həyat Sığorta şirkəti tərəfindən təklif olunan "Korporativ Həyat Sığortası" məhsulu haqqında ətraflı məlumatı (012) 942 nömrəsinə zəng edərək və yaPAŞA Həyat (PASHA Life) (pasha-life.az) saytına daxil olaraq əldə edə bilərsiniz. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Cash Back nədir?
Onlayn biznes növləri
ZARA-nın uğur hekayəsi
SMM nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri