Kapital Bank-ın "Data panel" tədbirinə qeydiyyat başladı

Kapital Bank-ın ®Xəbər verdiyimiz kimi Kapital Bank və "SUP.VC" şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir. İl sonunadək davam edəcək  layihənin "Data panel" formatında baş tutacaq növbəti tədbirinə qeydiyyat başladı. 7 dekabr tarixində keçiriləcək tədbirdə 8 nəfərdən ibarət yerli və beynəlxalq ekspert qrupu iştirak edəcək. Panel formatlı tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edə, tövsiyələr ala bilərlər.
İki paneldən ibarət tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı "Ölçəklənən məlumat infrastrukturlarının qurulması", "Maşın öyrənməsi və məlumat təhlili: imkanlar və çətinliklər" kimi müxtəlif mövzular müzakirə ediləcək.
Tədbirdə beynəlxalq ekspert qismində Kapital Bank-ın Data elmi üzrə eksperti, bank sahəsində strateji hədəflərə uyğun dataya əsaslanan layihələrin həyata keçirilməsində 8 ildən çox təcrübəyə malik Buğra Şən iştirak edəcək. O, təbii dil, təsvir və audio emalı, həmçinin "Churn", "Propensity" və gəlir proqnozlaşdırılması modellərinin hazırlanmasını əhatə edən geniş spektrli layihələrin müəllifidir. 
Kapital Bank-ın Analitik Ekspert Mərkəzinin funksional lideri Nail Nəcəfov da spikerlər sırasındadır. O, biznes administrasiyası üzrə bakalavr və magistr təhsili alıb. Karyerası boyunca "Azərikard" MMC-də Hesablamalar üzrə şöbə müdiri, "AzerGold" QSC-də Büdcə və planlama şöbəsinin müdiri vəzifələrində çalışıb. 
Tədbirin daha bir spikeri Sadiq Məmmədov data sahəsində 8 ildən çox təcrübəyə sahibdir. O, "Bakcell" və "Azercell" kimi şirkətlərdə mühəndis və komanda lideri kimi çalışıb. Daha sonra fəaliyyətini PAŞA Holding-də davam etdirib. Hazırda Kapital Bank-ın Data Texnologiyaları Ekspert Mərkəzinin funksional lideridir.  
Rinat Maksutov  isə 10 il boyunca texnologiya konsultantı kimi "Accenture" və "BCG" kimi şirkətlərdə təcrübə qazanıb. Hazırda PAŞA Holding-də Data texnologiyaları şöbəsinin rəhbəri olaraq çalışır. 
Paneldə eyni zamanda "Azerconnect" MMC-nin Data proqramlar və məhsullar üzrə rəhbəri Vüsal Məmmədov, ADA Universitetinin İnformasiya Texnologiyaları və mühəndislik Fakültəsinin professoru Samir Rüstəmov, "Azerconnect" MMC-nin Məlumatların İdarə olunması və keyfiyyəti bölməsinin rəhbəri Aydın İsmayılov da spiker qismində iştirak edəcəklər. 
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: . Qeydiyyat sayının məhdud olduğu layihə iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə yanaşı, verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.
Tədbir 7 dekabr saat 19:00 da  Nizami 90A ünvanında yerləşən "The Landmark Hotel Baku-Rotunda Hall" da keçiriləcək. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 05 dekabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler leobank kart valyuta kurslari biznes qurmaq telefonla pul qazanmaq