Kapital Bank-ın "Data workshop" tədbirinə qeydiyyat başladı

Kapital Bank-ın ®Ölkənin birinci bankı Kapital Bank-ın "SUP.VC" şirkəti ilə birlikdə başlatdığı müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı layihənin 2-ci tədbiri "Data workshop" mərhələsinə qeydiyyat başladı. İki gün ərzində keçiriləcək tədbirdə yerli və beynəlxalq ekspertlər tərəfindən yüksək dayanıqlı məlumat bazaları ilə bağlı 4 müxtəlif mövzuda vörkşop  keçiriləcək. Vörkşopda iştirakçılara real biznes tapşırıqları veriləcək, tapşırıqlar üzərində müzakirələr, analizlər aparılacaq və həll yolları təqdim ediləcək. 
Tədbirin ilk günü, 16 oktyabr tarixində ekspert "Infortius Bilisim" konsultasiya şirkətinin təsisçisi Özer Günal olacaq. O, "Garanti BBVA" bankı kimi bankçılıq, sığorta, tibbi maliyyə və e-ticarət sektorunda böyük məlumatların idarə edilməsi, yönləndirilməsi üzrə beynəlxalq təcrübəyə sahibdir. 
Data texnologiyaları sahəsindəki ən son yeniliklər isə Kapital Bank-ın Data menecment idarəsinin data texnologiyaları ekspert mərkəzinin lideri Tural Həmzəyevlə müzakirə ediləcək. O, texnoloji səyahətinə "Moskva Sillikon Vadisi Skolkovo" da innovativ startapda başlayıb. Ölkəmizdə bir neçə böyük şirkətin komandasında yer alıb. IBM-də fəaliyyəti zamanı bir çox transformasiya layihələrinə rəhbərlik edib. Paşa Bank, Sber Bank, Unikredi Bank və Aeroflot kimi tanınmış şirkətlər üçün konsaltinq xidməti göstərib.  
Tədbirin ikinci günü 17 oktyabr tarixində isə beynəlxalq ekspert "Venom Analitiks" şirkətinin rəhbəri Bora Sezen olacaq. O, "KOÇ Group", "Tanı" CRM firmalarında dataların idarə olunması üzrə rəhbər vəzifələrdə çalışıb. Pərakəndə, maliyyə, enerji sektorunda böyük məlumatların idarə olunması üzrə geniş təcrübəsi olan Bora Sezen iştirakçılarla "Data analizin gücü ilə müştəri təcrübəsinin idarə edilməsi" mövzusunda biliklərini paylaşacaq. 
"Verilənlərin səyahətini necə izləməli və anlamalı" mövzusunda isə ekspert Mahir M.Quluzadədir. Bu sahədə  20 ildən çox təcrübəyə malik həmyerlimiz "Oracle Open World" (ABŞ), "UKOUG Tech 2018 -2019" (Böyük Britaniya), "DOAG 2018" (Almaniya) kimi beynəlxalq texnologiya konfranslarında verilənlər bazası sahəsində müxtəlif mövzularda çıxışları ilə yadda qalıb. 2015-ci ildə "Oracle" şirkəti tərəfindən "Oracle ACE" mükafatına layiq görülüb. 2019-cu ildə işində göstərdiyi yüksək nəticələrə görə Azərbaycan Respublikasının prezidenti tərəfindən "Tərəqqi Medalı" ilə təltif olunub. Hazırda Mərkəzi Bankda verilənlər bazası administratorları komanda lideri və böyük-mühəndis proqramçı kimi fəliyyətini davam etdirir. 
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: . Qeydiyyat sayının məhdud olduğu layihə iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə yanaşı, verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.
Ünvan: Holiday Inn Baku (Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi)
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 05 oktyabr 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler dollar mezenne 1000 manatla biznes kripto birbank