Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov "Yüksəliş" müsabiqəsinin qalibi ilə görüşüb

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov 19 mart 2025-ci il tarixində ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktor Fərid Hüseynov dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə mentorluq proqramı çərçivəsində görüş keçirib.
Bnakın yaydığı məlumata görə, görüş zamanı bank sektorunda innovativ yanaşmalar, rəqəmsal transformasiya, müasir liderlik prinsipləri, risklərin idarə olunması və biznesin davamlı inkişaf strategiyaları kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Fərid Hüseynov bilik və təcrübə mübadiləsinin uğurlu liderlərin yetişməsində əsas rol oynadığını vurğulayaraq, mentorluq proqramının gənc idarəçilər üçün unikal inkişaf fürsəti yaratdığını bildirib. O, Elnur Abdullazadənin bu prosesdə əldə edəcəyi bilik və bacarıqların gələcək karyerasında mühüm rolundan bəhs edib.
Daha sonra Fərid Hüseynov mentinin Kapital Bank-da həyata keçirilən innovativ layihələrlə və bankın əsas biznes prosesləri ilə tanış olacağını vurğulayıb. O, eyni zamanda bir il ərzində bankın müxtəlif departamentləri ilə əməkdaşlıq edərək real iş proseslərini izləmək və idarəetmə təcrübəsini artırmaq imkanı da əldə edəcək.  
 "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Layihə gənc və perspektivli idarəçilərin aşkarlanması, inkişaf etdirilməsi və ölkənin müxtəlif sahələrində liderlik potensiallarının artırılması məqsədi daşıyır. Mentorluq proqramı isə bu müsabiqənin mühüm hissəsidir və qaliblərin dövlət və özəl sektorun nüfuzlu rəhbərləri ilə birbaşa əlaqə qurmasına şərait yaradır.  Qeyd edək ki, hazırda beşinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi davam edir. Qeydiyyat "Yüksəliş" müsabiqəsinin rəsmi internet səhifəsi olan "yukselish.az" vasitəsilə həyata keçirilir və 10 aprel 25025-ci il tarixinədək davam edəcək. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. / marja.az

Banklar     Tarix: 19 mart 2025

Oxşar xəbərlər

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi bitcoin bitkoin qiymeti