Kapital Bank-ın tərəfdaşlığı ilə "Yerli şirkətlərin tanıtım sərgisi" yekunlaşdı

Kapital Bank-ın tərəfdaşlığı ilə ®Ölkənin birinci bankı Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə ölkəmizdə 5-ci dəfə "Yerli şirkətlərin tanıtım sərgisi" baş tutdu. 150-dən çox şirkətin iştirak etdiyi sərginin təşkilatçıları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group" idi.  
Sərginin açılış tədbirində çıxış edən Kapital Bank-ın İdarə heyətinin üzvü, Baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə tədbiri sahibkarlığın inkişafı istiqamətində atılan önəmli addımlardan biri kimi dəyərləndirib. "Sahibkarlığın inkişafı prioritetlərimizdən biridir. Hazırda Kapital Bank-ın 44 000 aktiv mikro və korporativ müştərisi var. Onlar üçün yaradılan imkanlardan danışsaq individual olaraq formalaşdırılan "Maestro" tarifini mütləq qeyd etməliyəm. Hazırda 1500 müştəri bu tarifdən yararlanaraq xərclərinə 970 000 manat qənaət edib. Rəqəmsallaşmanın tətbiqi ilə təkcə ötən il onlayn olaraq 26 000 sayda kredit rəsmiləşdirmişik. Bundan əlavə, ötən il ərzində başdan başa onlayn şəkildə 2970 sayda 18 milyon manat məbləğində qarantiya məktubu rəsmiləşdirilib. Eləcə də biz müştərilərimizə tam onlayn şəkildə hesab açmaq imkanını da yaratmışıq. İmkanlar olduqca genişdir və biz bu istiqamətdə məhsullarımızı inkişaf etdirməyə davam edirik. Bildiyiniz kimi biz artıq doğma Qarabağımızda  Xankəndi, Laçın, Zəngilanda da fəaliyyətə başlamışıq və burada da sahibkarların yanındayıq. Məqsədimiz hər bir sahibkara onun profilinə uyğun, işini asanlaşdıracaq, vaxtına qənaət edəcək bank məhsullarını təklif edə bilməkdir". 
Qeyd edək ki, "Yerli şirkətlərin tanıtım sərgisi" 2019-cu ildən etibarən keçirilir. Kapital Bank-ın da hər il dəstək olduğu sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün —  / banker.az

Banklar     Tarix: 27 iyun 2024

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler bu gunun xeberleri internetden pul qazanmaq valyuta kurslari bitcoin qiymeti