Kapital Bank sahibkarlar üçün "Ağ şəhər KOB Mərkəzi" filialını istifadəyə verdi
(®) Ölkənin birinci bankı Kapital Bank kiçik və orta sahibkarlar üçün fərqli konseptdə olan daha bir KOB Mərkəzi filialını istifadəyə verdi. Filial Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Fəvvarələr Meydanı, Tikinti sahəsi FS-003 ünvanında yerləşir.
Kiçik və orta sahibkarlara bütün növ bank xidmətlərini göstərən filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan yararlana bilərlər. Bundan başqa filial müştərilərin rahatlığı üçün xüsusi görüş otaqları ilə təmin edilib.
Yeni filialda həmçinin 24 saat fəaliyyət göstərən özünəxidmət sahəsi də yaradılıb. Xidmət sahəsində müştərilər tərəfindən əməliyyatların aparması üçün avadanlıqlar quraşdırılıb.
Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Ölkədə ilk dəfə "KOB Mərkəzi" filiallarının istifadəyə verilməsinin səbəbi də məhz budur. Filiallarımızda sahibkarlar və hüquqi şəxslər bank xidmətlərindən daha rahat və sürətli yararlana bilirlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / marja.az

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub
"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb
ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər
Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb
"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib
YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Yatırım olmadan necə biznes qurmaq olar?
Green Card nədir və onu necə əldə etmək olar?
Dünyada ən çox oxunan 5 kitab
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Fond birjası nədir?