Kart məlumatlarının təhlükəsizliyini Yelo App ilə qoru

Kart məlumatlarının təhlükəsizliyini Yelo App ilə qoru®Ölkəmizdə rəqəmsal ödənişlərin artması ilə dələduzluq halları da genişlənir. Baş verən hadisələrin böyük əksəriyyətində dələduzlar şəxsi telefon nömrələrinə zəng edir və ya mesaj göndərirlər. Onlar özlərini çox vaxt bank əməkdaşı kimi təqdim edirlər. Yelo Bank müştərilərinin maliyyə təhlükəsizliyi üçün diqqət etməli olduqları məqamları bir daha xatırladır:
– Heç bir halda tanımadığınız nömrələrdən gələn zənglərdə kartınızın üzərindəki rəqəmləri, yararlılıq tarixini və CVV kodunu deməyin,
– SMS, e-mail və ya messencerdən göndərilən şübhəli mesajlardakı linklərə keçid etməyin,
– SMS ilə göndərilən birdəfəlik şifrələri (OTP) heç kimlə paylaşmayın,
– Şübhəli hallarda dərhal bank kartınızın üzərindəki mobil nömrə ilə əlaqə saxlayın,
– Kartınızın təhlükəsizliyi üçün smartfonunuza Yelo App yükləyin.
Rahat interfeysi və çevikliyi sayəsində Yelo App ilə kartı idarə etmək çox asandır. Belə ki, Yelo App ilə kart limitlərini bir toxunuşla dəyişə bilirsiniz. Əgər kartınız itib və ya oğurlanıbsa, Yelo App-də kartınızı bloklaya bilirsiniz. Kartı blokdan çıxarmaq da, PİN kod yaddan çıxarsa, tətbiqdə yeni PİN kod təyin etmək də, yanlış cəhdləri sıfırlamaq da bir-iki kliklə mümkündür.
Rəqəmsal ödənişlərdə fırıldaqçılıq hadisələrinin geniş yayıldığını nəzərə alsaq, şübhəli hallarda onlayn ödəniş limitlərini dərhal sıfırlaya bilərsiniz. Push məlumatlandırma sayəsində karta mədaxil və məxariclərdən də dərhal xəbər tutursunuz. Qeyd edək ki, Yelo App-də, həmçinin, SMS məlumatlandırma xidmətini də aktivləşdirə bilərsiniz. 
Yelo Bank bir daha fırıldaqçılara qarşı diqqətli olmağa və heç bir halda kart məlumatlarını kənar şəxslərə bildirməməyə səsləyir. Unutmayın ki, bank məlumatlarınızın təhlükəsizliyi ilk növbədə sizdən asılıdır. Büdcənizi 24/7 idarə etmək üçün isə Yelo App-i yükləyin:  
Taksit kartı ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 31 avqust 2023

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya valyuta xeberleri birbank