KASKO yığımları avtomobil satışlarının artması ilə artıb
2023-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 42 milyon 464 min manat sığorta haqları hesablanıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin sığortası hesablanmış sığorta haqları 2023-cü ilin 10 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 793 min manat və ya 22,5% artıb. Ötən ilin 10 ayında sığorta şirkətləri tərəfindən 34 milyon 671 min manat sığorta haqları hesablanmışdı.
Avtonəqliyyat vasitələrinin sığortası üzər sığorta ödənişləri 2022-ci ilin 10 ayı ərzində 13 milyon 970 min manat ikən, 2023-cü ilin 10 ayında 16 milyon 466 min manat təşkil edib (2 milyon 496 min manat artıb).
Avtonəqliyyat vasitələrinin sığortası üzrə hesablnmış sığorta haqlarının artmasının əsas səbibi Azərbaycanda avtomobil satışlarının artmasıdır. 2023-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycana 1 milyard 374 milyon 23 min dollar dəyərində 81 min 206 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal olunub. Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verirki, avtomobil idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 65,7% və ya 544 milyon 720 min dollar, miqdar ifadəsilə 20 min 416 ədəd və ya 33,6% artıb.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?
Cash Back nədir?
Ev şəraitində pul qazanmağın yolları
İban nədir?