Kazımovun son açıqlamaları ardından ABŞ dollarının satış məzənnəsi "exchange"lərdə düşüb

Kazımovun son açıqlamaları ardından ABŞ dollarının satış məzənnəsi Azərbaycan Mərkəzi Bankının faiz dərəcəsinə dair aprel iclasının ardından əksər "exchange"lər və bir sıra banklar ABŞ dollarının nağd satış məzənnəsini endiriblər.
Banker.az tərəfindən aparılan monitorinqə görə, əsasən valyuta dəyişmə məntəqələri ABŞ dollarının satış kursunu 1.7 manatla təklif edirlər ki, bu da AMB-nin rəsmi məzənnəsi ilə eynidir.
Adətən bu maliyyə təşkilatları valyuta kursundakı fərqdən (spread) qazanaraq əməliyyatdan gəlir əldə etmiş olur. Kursun isə hazırda rəsmi məzənnə ilə eyni rəqəmə düşməsi bazarda bol ABŞ dollarına işarədir. Ümumilikdə Banker.az olaraq illərdir ABŞ dollarının satış həcmlərini araşdırdıqda təqribən apreldən sentyabra qədər banklara dollar axınının satışdan daha çox olması müşahidə edilir.
"A Zuhur" MMC, "Meta Kapital" MMC, "MMK-014" MMC, "Eliko" MMC və "Delta Capital" MMC hazırda ABŞ valyutasını nağd şəkildə 1.7 kursu ilə satırlar. Buna qədər satış kursu əksəriyyətində 1.7020 manat idi. Dolları manata dəyişmək istəyənlər üçün isə 1 dollar 1.697 manat ilə qəbul edilir.
Ən ucuz ABŞ dolları satan bank isə "AFB Bank"dır. Bu bank 1 dolları nağd şəkildə 1.7050 manata konvertasiya edir. "Bank Melli İran", "TuranBank" nağd 1.7010 manata, "Bank BTB" isə 1.7015 manata satır.
Bazarda ümumilikdə ən baha satılan nağd dollar məzənnəsi 1.7025 manatı keçmir.
Keçən həftə Azərbaycan Mərkəzi Bankının sədri uçot faiz dərəcəsinə dair press-konfransda məzənnə ilə bağlı bir sıra açıqlamalar vermişdi. Məsələn, bankların dollarda istiqraz buraxmasını Mərkəzi Banka olan inamla əlaqələndirdi: "Mərkəzi Banka, onun sabit məzənnə rejiminə (1 dollar = 1.7 manat) güvənirlər. İnanırlar ki, AMB uzunmüddətli sabit məzənnə rejimi həyata keçirəcək".
AMB rəhbərliyi mətbuatdan sonra da bir sıra ölkələrin iqtisad yönümlü ekspertlərini Mərkəzi Bankda bir araya toplayıb və oradan da ekspertlər məzənnə ilə bağlı eyni siqnalı qəbul ediblər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı artıq valyuta hərraclarının nəticələrini ictimaiyyətə açıqlamır. AMB sədri Taleh Kazımovun sözlərinə görə, sabit məzənnə və ödənilən tələbat fonunda bu məlumatlar bazarda baş verənləri izah etmək üçün kifayət deyil. İndi hər ayın sonunda Mərkəzi Bank ehtiyatları, hər rübdə isə Dövlət Neft Fondu satış həcmini açıqlayacaq. Kazımov qeyd edir ki, bazarda tələb və təklifin öyrənilməsi üçün əsas göstəricilər məzənnə və ehtiyatlardır. Sədr həmçinin diqqətə çatdırıb ki, orta 5 ilə baxsaq ARDNF-nin transferti ümumi valyuta bazarının 30-35%-ni təmin edir. Onun fikrincə, hərrac məlumatlarının həftəlik açıqlanması bəzən əsassız qalmaqallara səbəb olur.

Banklar     Tarix: 01 may 2025

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri bank faizleri bitkoin