KOBİA rəhbərliyi ABŞ-da – BMT-nin KOB günü konfransı və ABŞ-la əməkdaşlıq

KOBİA rəhbərliyi ABŞ-da – BMT-nin KOB günü konfransı və ABŞ-la əməkdaşlıqBütün dünyada mikro, kiçik və orta sahibkarlar günü kimi qeyd olunan 27 iyunda Nyu-Yorkda BMT-nin Baş Qərargahında Kiçik Biznes üzrə Beynəlxalq Şuranın təşkilatçılığı, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD), Sənayenin İnkişafı Təşkilatının (UNIDO) və digər qurumların dəstəyi ilə "Davamlılıq və yenidənqurma: davamlı inkişaf üçün KOB-lar" mövzusunda konfrans keçirilib.
FED.az xəbər verir ki, tədbirdə Azərbaycanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi təmsil edib.
Konfransdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bütün dünyada olduğu kimi Azərbaycanda da KOB-ların məşğulluğa, iqtisadi artıma və davamlı inkişafa töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycanda sahibkarların 99%-ni KOB-lar təşkil edir. Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, ölkəmizdə KOB-ların dəstəklənməsi üçün həyata keçirilən tədbirlər və dəstək alətləri barədə məlumat verib.
Qeyd edək ki, dayanıqlı inkişaf məqsədlərinə, eləcə də iqtisadiyyatın davamlı inkişafına verdiyi töhfəyə görə BMT Baş Assambleyasının qətnaməsinə əsasən 27 iyun tarixi "Kiçik biznesin böyük təsiri" şüarı ilə 2017-ci ildən etibarən qeyd olunur.
ABŞ-a işgüzar səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-ın Alhambra Palatasının həmtəsisçisi və idarəedici partnyoru xanım Anjum Malik ilə görüşüb. BMT-nin Baş Qərargahında təşkil olunmuş görüşdə palata və KOBİA arasında mümkün əməkdaşlığa, KOB-ların dəstəklənməsinə, Azərbaycan və ABŞ-ın biznes dairələri arasında yeni əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb.
KOBİA-nın nümayəndələri səfər çərçivəsində Nyu-Yorkda yerləşən Türk evində olublar. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür arasında keçirilmiş görüşdə Azərbaycan və ABŞ-da fəaliyyət göstərən Türkiyə iş adamları arasında əməkdaşlıq imkanlarına, bu sahədə konsulluğun dəstəyinə dair fikir mübadiləsi aparılıb. 
Səfər zamanı həmçinin Orxan Məmmədov Kiçik Biznes üzrə Beynəlxalq  Şuranın prezidenti və baş icraçı direktoru Ayman ElTarabişi ilə görüşüb. Görüşdə əməkdaşlıq imkanları, təşkilat çərçivəsində biznes üzrə təlim-tədris proqramlarında KOBİA-nın təcrübəsinin tətbiqi və gələcəkdə təşkilata üzv qurumların iştirakı ilə KOB-ların dəstəklənməsinə həsr olunmuş tədbirlərin birgə təşkili imkanları nəzərdən keçirilib.

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR

"Bakı Biznes Mərkəzi" MMC Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyin

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

Azərbaycanın əsas pambıq ixracatçılarından biri – NİZAMNAMƏ KAPİTALINI AZALDIR

"P-Aqro" MMC (VÖEN: 1404226851) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət  nizamnamə kapitalının 270 manata azaldığını elan edib. Qeyd edək ki, "P-Aqro" MM

Publik hüquqi şəxslərə xərcləmələrlə bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır. xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN"

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al


iqtisadi xeberler investisiya dollar kursu bitkoin qiymeti depozit faizleri