"Koç Holdinq"in 3-cü rübdə xalis mənfəəti 5 dəfəyə yaxın - ARTIB
Koç Holdinq-in üçüncü rübdə xalis mənfəəti əvvəlki ilin eyni dövrünə görə 384% artaraq 19.9 milyard TL-yə (1.07 milyard USD//1.82 milyard AZN) çatıb. Ötən ilin eyni dövründə holdinqin xalis mənfəəti 4.11 milyard TL (220.91 milyon USD//375.5 milyon AZN) olmuşdu.
FED.az Banker.az-a istinadən xəbər verir ki, cari ilin üçüncü rübündə Holdinqin satışları 261 milyard TL (14.03 milyard USD//23.85 milyard AZN)olub. 2021-ci ilin üçüncü rübündə isə satışlar 91.7 milyard TL (4.93 milyard USD//8.38 milyard AZN) olmuşdu.
2022-ci ilin ilk 9 ayında Koç Holdinq konsolidə edilmiş əsasda 646.9 milyard TL (34.77 milyard USD//59.11 milyard AZN) ümumi gəlir əldə edib və 24.1 milyard TL (1.3 milyard USD//2.2 milyard AZN) birgə investisiya həyata keçirib.
Koç Holdinq-in Baş icraçı direktoru Levent Çakıroğlu tərəfindən verilən açıqlamada qeyd edilib ki, şirkət qlobal iqtisadiyyatla bağlı qeyri-müəyyənliklərin davam etdiyi ilin üçüncü rübündə investisiyaları və dəyər yaratmağa yönəlmiş biznes yanaşmalarını qətiyyətlə davam etdirib. Açıqlamaya görə, Holdinq son 5 ildə investisiyalara ümumilikdə 72.6 milyard TL (3.9 milyard USD//6.63 milyard AZN) həcmində vəsait ayırıb.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dünyanın ən varlı 10 adamı
İKEA şirkətinin tarixi