Kollektor şirkəti biznesini genişləndirmək üçün fond bazarına ₼5 mln. borc cəlb etmək istəyir

Kollektor şirkəti biznesini genişləndirmək üçün fond bazarına ₼5 mln. borc cəlb etmək istəyirBorcların idarə olunması sektorunda fəaliyyət göstərən "KollektA" ASC 5 milyon manat həcmində istiqraz emissiyası həyata keçirəcək.
Banker.az xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan ümumilikdə 50 min istiqraz 1 il ərzində tranşlarla, kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək. Hər tranş üzrə istiqrazların sayı və ümumi nominal dəyəri yekun şərtlərlə müəyyən ediləcək.
İstiqrazların illik faiz dərəcəsi 16%, tədavül müddəti isə 18 ay müəyyən edilib. Faiz ödənişləri aylıq həyata keçiriləcək və hər istiqraz üzrə bir aylıq faiz ödənişi 1,33 manat təşkil edəcək. İstiqrazların nominal dəyəri tədavül müddətinin sonunda ödəniləcək.
Emissiyanın anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC, anderrayterin hesablaşma agenti isə "Azər-Türk Bank" ASC-dir. İnvestorların istiqrazların alınması üçün ödədikləri vəsait bankda emitentin müvəqqəti cari hesabına köçürüləcək.
2024-cü ilin oktyabrında təsis edilən "KollektA" 2026-cı ilin mayında MMC-dən ASC-yə çevrilib. Emissiya prospektində açıqlanan maliyyə məlumatlarına görə, şirkətin aktivləri 2024-cü ilin sonunda 260,8 min manatdan 2025-ci ilin sonunda 9,66 milyon manata yüksəlib. Şirkət 2025-ci ili 2,91 milyon manat xalis mənfəətlə başa vurub, cəmi kapitalı isə 8,5 min manatdan 2,92 milyon manata çatıb. 2025-ci ilin maliyyə hesabatları "Nexia Azerbaijan" tərəfindən audit edilib, 2024-cü il göstəriciləri isə audit olunmayıb.
Şirkət 2025-ci ildə 5,13 milyon manatlıq yeni problemli kredit portfeli əldə edib. Həmin il borcların yığılması nəticəsində 7,38 milyon manat vəsait daxil olub. İlin sonunda alınmış problemli kredit portfelinin balans dəyəri 4,84 milyon manat təşkil edib.
Emissiyadan əldə ediləcək vəsaitin maliyyə bazarında yeni problemli kredit portfellərinin alınmasına, borcların yığılması fəaliyyətinin genişləndirilməsinə və şirkətin bazardakı mövqeyinin gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. Şirkətin əsas fəaliyyəti banklardan və digər maliyyə institutlarından tələb hüquqlarının, o cümlədən POCI aktivlərinin alınması və həmin borcların yığılmasından ibarətdir.
Prospektdə şirkətin rəqabət üstünlükləri kimi 198 nəfərlik işçi heyəti, maliyyə institutları ilə əməkdaşlıq, problemli kreditlərin idarə olunması təcrübəsi və rəqəmsal həllər göstərilir, lakin konkret bazar payı açıqlanmır. Əsas risklər isə borcların gec yığılması, likvidlik çatışmazlığı, faiz və inflyasiya dəyişiklikləri, rəqabətin artması və kapital bazarlarına çıxış imkanlarının məhdudlaşması ilə bağlıdır.
"KollektA"nın səhmdarları arasında Mədəd Rüstəmov və Camal Aydınovun hər birinin 40%, Rəşad Səlimovun isə 20% payı var. Şirkətin hazırda 4 100 manat olan nizamnamə kapitalının 205 min manat artırılaraq 209 100 manata çatdırılması planlaşdırılır.

Banklar     Tarix: 04 sentyabr 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin qiymeti online pul qazanmaq telefonla pul qazanmaq