"KredAqro" xərclərinin azalması ilə zərərdən mənfəətə keçib
"KredAqro" Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ili 284 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2021-ci ili 1 milyon 439 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az təşkilatın maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə 1 milyon 185 min manat olmuş faiz gəlirləri, 2022-ci ildə 1 milyon 109 min manata düşüb. Ötən il "KredAqro" 135 min manat haqq və komissiya gəlirləri də əldə edib (2021-ci ildə 74 min manat zərər).
"KredAqro"nun zərərdən mənfəətə çıxamsı əsasən faiz və inzibati xərclərinin azalması ilə əlaqədardır. Ötən il təşkilatın faiz xərcləri 3,2 dəfə azalaraq 77 min manat təşkil edib (2021-ci ildə 248 min manat). "KredAqro"nun ümumi inzibati xərcləri isə 2 dəfə azalaraq 715 min manat olub (2021-ci ildə 1 milyon 443 min manat).
"KredAqro"nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 992 min manat və ya 23% aratarq 5 milyon 316 min manata yüksəlib. 2020-ci ilin sonunda kredit təşkilatının kredit portfeli 6 milyon 143 min manata çatmışdı. 2021-ci ildə azalan portfel 2022-ci ildə yenidən artıb.



Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Layihə menecmenti nədir?
Kriptovalyuta nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?