Kredit kartlarına limit qoyulur – Yeni mexanizm nəyi dəyişəcək?

Kredit kartlarına limit qoyulur – Yeni mexanizm nəyi dəyişəcək?Vətəndaşlar əvvəlki kimi kredit kartları ilə böyük məbləğlər götürərək borclanmayacaqlar. Başqa sözlə, artıq vətəndaşın kredit kartından istifadə ilə bağlı yeni limitlər tətbiq edilir.
Bununla bağlı Mərkəzi Bank borclanma mexanizmini sərtləşdirib. Yəni, kredit kartları üzrə borcalanın limiti bundan sonra rəsmi gəlirinin 5 misli ilə məhdudlaşdırılacaq. Üstəlik, bu hesablanarkən vətəndaşın digər banklar qarşısındakı kredit öhdəlikləri də nəzərə alınacaq.
Əgər kredit kartı limiti borcalanın gəlirindən 5 misli çoxdursa, bu zaman bank bu risqli limiti yalnız öz kapitalının 1 faizindən artıq olmayacaq şəkildə verə bilər. Yeni tələblər banklara da birbaşa təsir edəcək. Belə ki, bu məhdudiyyətlər bankların kapitalının qorunmasını və risklərin vaxtında dəyərləndirilməsini nəzərdə tutur.
Ekspertlər hesab edir ki, bu tənzimləmə həm də vətəndaşları gəlirlərini rəsmiləşdirməyə təşviq edəcək.
Qeyd edək ki, bununla da kredit kartı ilə əvvəllər olduğu kimi rahatlıqla iri məbləğlər götürmək dövrü geridə qalır. Yeni sistem daha ehtiyatlı və düşünülmüş borclanmanı önə çıxarır. / banker.az

Banklar     Tarix: 03 avqust 2025

Oxşar xəbərlər

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler rubl mezenne bitcoin birbank leobank kart