Kredit kartlarındakı sərtləşmə ərəfəsində saylar son iki ilin minimumuna düşüb

Kredit kartlarındakı sərtləşmə ərəfəsində saylar son iki ilin minimumuna düşübAzərbaycan Mərkəzi Bankının (AMB) istehlak kredit kartları üzrə məsuliyyətli borclanmanı təşviq edən və 15 iyul 2025-ci ildən qüvvəyə minmiş yeni tənzimləyici qərarı artıq bazarda öz təsirini göstərib.
Banker.az xəbər verir ki, Qərara əsasən fiziki şəxsin kredit kartı üzrə borcu onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb. Eyni zamanda overdraftlar da kredit xətləri anlayışına daxil edilib, bankların kapital adekvatlığını qorumaq üçün istehlak kredit kartlarına daha sərt risk dərəcələri tətbiq olunub. Bu yanaşma əhalinin izafi borclanmasının qarşısının alınmasına və bank sisteminin kapital dayanıqlığının gücləndirilməsinə yönəlib.
AMB-nin açıqlamasına görə, bu qərardan əvvəl ölkədə kredit kartlarının sayı artım meyilləri göstərirdi. Məsələn, 2023-cü ilin sonuna 2 milyon 216 min ədəd olan kartların sayı 2024-cü ilin mayında 2 milyon 282 minə yüksəlmişdi. Lakin 2025-ci ilin yay aylarından sonra əhəmiyyətli azalma müşahidə olunub. Belə ki, 31 may 2025-ci ildə 2 milyon 117 min ədəd olan kartların sayı avqustun sonuna 2 milyon 113 minədək geriləyib. Bu, ilin əvvəlindəki (yanvar – 2 milyon 244 min) göstərici ilə müqayisədə təxminən 6% azalma deməkdir.
Kredit kartları ilə ilin ilk 8 ayında 6 milyard 488 milyon manatlıq əməliyyat aparılıb. Bu öncəki ilin eyni dövründə 5 milyard 475 milyon manat idi.
"Fitch Rating" beynəlxalq reytinq agentliniyi bu ay  açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankının bu sahədə risklərin idarəsi üçün qabaqlayıcı tədbirlər görməsinə rəğmən, 2021-ci ildən bəri pərakəndə (fiziki şəxslərə verilən) kreditlərin sürətli artımı müəyyən qızışma riskləri yaradır. Bununla belə, agentlik Azərbaycanda bank sektorunun orta göstəriciləri 2017-ci ildən yaxşılaşıb – dollarlaşma azalıb, problemli aktivlərin riski isə aşağı düşüb.
AMB-nin mövqeyinə görə, bu yanaşma, requlyator tərəfindən tətbiq olunan istehlak kreditləri üzrə məsuliyyətli və sağlam borclanma siyasəti ilə uyğunluq təşkil edərək, əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma endirilməsini hədəfləyir.

Banklar     Tarix: 01 oktyabr 2025

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler valyuta kurslari bank faizleri birbank en son xeberler