Kredit təşkilatı təcili toplantı çağırdı - mühüm əhəmiyyətli əqd bağlamağa hazırlaşır
"Kredit Evi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja.az şirkətin açıqladığı məlumata istinadə xəbər verir ki, yığıncaq 15 sentyabr 2026-cı il tarixində Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 90A ünvanında yerləşən "Kredit Evi" ASC-nin Baş ofisinin inzibati binasında keçiriləcək.
İclasın gündəliyinə mühüm əhəmiyyətli əqdin imzalanması məsələsi daxil edilib.
Bundan başqa, səhmdarlar "digər məsələlər"ə də baxacaqlar.
Səhmdarlar gündəlikdə nəzərdə tutulan məsələlər üzrə materiallarla "Kredit Evi" ASC-nin Baş ofisində Mühasibatlıq şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Növbədənkənar ümumi yığıncağın əsas gündəlik məsələsinin "mühüm əhəmiyyətli əqdin imzalanması" olması şirkətdə iri həcmli və ya fəaliyyətə əhəmiyyətli təsir göstərə biləcək əməliyyatın planlaşdırıldığını göstərir.
Lakin açıqlamada əqdin maliyyə dəyəri, qarşı tərəfi və hansı istiqamətlə bağlı olduğu göstərilmədiyindən, onun şirkətin aktivləri, maliyyələşməsi və ya digər biznes əməliyyatları ilə bağlı olub-olmadığını hazırkı mərhələdə dəqiq müəyyənləşdirmək mümkün deyil.
Qeyd edək ki, "Kredit Evi" ASC-nin səhmdarları Hüseynova Dürrə Hətəmxan qızı (50 faiz) və Əzizov Səbuhi Məmmədsanı oğludur (50%).

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?