Kütləvi surətdə şəkil çəkilən "Lensa" tətbiqi - GÜNDƏ 1 MİLYON DOLLAR GƏLİR GƏTİRİR
Bir qədər əvvəl "Prisma Labs" şirkətinin istifadəyə verdiyi və süni intellekt vasitəsilə şəkil hazırlayan "Lensa AI" tətbiqi gündə 1 milyon dollar gəlirə çıxıb.
FED.az xəbər verir ki, son günlər "Lensa AI" təkcə ABŞ-da deyil, bütün dünyada ən çox yüklənən proqrama çevrilib.
Əyləncə tarakterli tətbiqə bir neçə selfi şəkli göndərmək və 7,99 dollar ödəmək kifayətdir ki, süni intellekt müxtəlif formatlarda istifadəçinin portretini yaratsın. Bu prosesi 3,99 dollar ödəməklə də etmək mümkündür, bir şərtlə ki, istifadəçi, proqramın sınaq versiyasını yükləmiş olsun.
Proqramın hazırladığı şəkillər müxtəlif stillərə – fantezi, anime və sairə aiddir, eləcə də sosial şəbəkələrdə istifadə üçün optimallaşdırılıb.
Gəlirləri əks edirən qrafik göstərir kİ, indiyədək cüzi gündəlik gəlirə – 10-25 min dollar – malik olan tətbiq noyabrın sonundan sürətlə populyarlaşaraq əvvəlcə 250 min dollar və 500 min dollarlıq həddi keçib, dekabrın əvvəlində isə gündə 1,4 milyon dollarlıq səviyyəyə yüksəlib.
Gəlilərin bir qədər də artacağı gözlənilir. Amma ekspertlərin fikrincə, bu səviyyədə populyarlıq müvəqqətidir, qısa müddətdən sonra tətbiq adiləcəcək və gəlirləri isə indikindən daha az olacaq.


"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dünyanın ən varlı 10 adamı
İKEA şirkətinin tarixi