Ləğv prosesində olan iki bank üzrə kompensasiyaların 98 %-i ödənilib

Ləğv prosesində olan iki bank üzrə kompensasiyaların 98 %-i ödənilibLəğv prosesində olan "Muğanbank" və "Günaybank" üzrə kompensasiyaların 98 %-i ödənilib.
Bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, Fondun mövcud qanunvericiliyə və qaydalara əsasən tətbiq etdiyi mexanizm mümkün fırıldaqçılıq hallarının və risklərin qarşısının alınmasına yönəlib: "Bu məqsədlə kompensasiyalar artıq Fondun kassaları vasitəsilə deyil, agent banklar üzərindən ödənilir. Əmanətçilər agent banklara müraciət edərək şəxsiyyətlərini təsdiq edən məlumatları təqdim etdikdən sonra kompensasiyalarını həmin banklar vasitəsilə əldə edə bilirlər".
O bildirib ki, Fond kompensasiyaların nağdsız qaydada ödənilməsinə üstünlük verir: "Bu yanaşma həm kassa əməliyyatlarının həcmini azaldır, həm də vətəndaşlara vəsaitlərini daha rahat idarə etmək imkanı yaradır. Əmanətçilər agent bankda hesab açaraq kompensasiyalarını yeni əmanət kimi yerləşdirə və ya vəsaiti digər nağdsız ödəniş vasitələri ilə əldə edə bilərlər".
A.Əmirov qeyd edib ki, "Günaybank" üzrə kompensasiyaların həcmi nəzərə alınaraq ödənişlər "Kapital Bank" vasitəsilə həyata keçirilib: "Muğanbank" üzrə kompensasiya olunan əmanətlərin həcmi və müraciətlərin çoxluğu səbəbindən isə ödənişlər bir deyil, iki agent bank vasitəsilə təşkil olunub. Hazırda "Muğanbank" və "Günaybank" üzrə kompensasiyaların təxminən 98 %-i ödənilib. Agent banklar vasitəsilə əmanətçilərə ümumilikdə 200 milyon manata yaxın kompensasiya verilib". / banker.az

Banklar     Tarix: 26 iyul 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu