Ləğv prossesində olan banklar üzrə 63,9 min əmanətçiyə 1,730 mlrd. manata yaxın kompensasiya ödənilib
Bu ilin iyulun 1-i tarixinə Azərbaycanda ləğv prosesində olan 19 bank üzrə 63 888 əmanətçiyə 1 milyard 730 milyon manata yaxın kompensasiya məbləği ödənilib.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Sevinc Səlimova Fondun Milli Mətbuat Gününə həsr olunmuş Dialoq və Əməkdaşlıq Forumunda bildirib.
O qeyd edib ki, 2016-cı ildə Fond 11 bankın ləğvedicisi təyin edilib. Daha sonra, 2020-ci ildə eyni gündə fəaliyyəti dayandırılan dörd bank -Amrah Bank, AGBank, NBC Bank və AtaBank üzrə də Fond ləğvedici təyin olunub:
"2021-ci ildə tam əmanət sığortası sistemi başa çatıb və kompensasiya limiti 100 min manat məbləğində müəyyən edilib. 2023-cü ildə isə Günay Bank və Muğan Bankın ləğvedicisi kimi də Fond fəaliyyətə başlayıb".
Onun sözlərinə görə, hazırda Əmanətlərin Sığortalanması Fondu ümumilikdə 22 bankın ləğvedicisi kimi fəaliyyət göstərir. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Onlayn biznes növləri
Start-up nədir?
Mcdonalds françayzinqi neçiyədir?
Startup nədir və necə olur?
SWIFT nədir?