"Lenovo" öz kateqoriyasında dünyanın ən incə smartfonunu təqdim edib
Çinin "Lenovo" şirkəti ("Motorola" brendinin sahibi) incə korpusa malik yeni Edge 50 smartfonunu təqdim edib. Cihaz 8 GB RAM və 128 GB yaddaşa malikdir, dəyəri isə təxminən 335 dollardır. Yeniliyin avqustun 8-də satışa çıxarılacağı gözlənilir.
Edge 50 modeli həmçinin 6.67 düymlük OLED displey, Qualcomm Snapdragon 7 Gen 1 prosessoru, 50 MP əsas və 32 MP ön kamera, o cümlədən barmaq izi texnologiyası ilə təchiz edilib.
Ekstremal xarici şərtlərə qarşı dözümlü olan bu smartfon digər analoqlarla müqayisədə daha incə və yüngüldür. Cihazın qalınlığı cəmi 7.79 mm təşkil edir. Yenilik həm də sürətli yükləməni dəstəkləyir.

/ banker.az
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Pensiyalar eyni faizlə artırılmayacaq
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən
Azərbaycan nefti ucuzlaşdı
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk