Lizinq şirkətlərinə və lizinq alan sahibkarlara ƏDV əvəzləşdirmə imkanları yaradılıb

Lizinq şirkətlərinə və lizinq alan sahibkarlara ƏDV əvəzləşdirmə imkanları yaradılıbSahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də maliyyə lizinqi ilə bağlı qanunvericilikdə olan müddəaların təkmilləşdirilməsidir.
Marja.az xəbər verir ki, bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, son dəyişikliklərə qədər lizinq şirkətləri lizinqə verdikləri aktivləri əldə edərkən ödədikləri ƏDV məbləğlərini əvəzləşdirə bilmədiklərindən vergi məbləği aktivin dəyərinə daxil olurdu. Bu isə aktivi maliyyə lizinqi çərçivəsində əldə edən biznes subyektlərinin ƏDV-ni əvəzləşdirmək imkanını məhdudlaşdırır və kapital qoyuluşu üzrə vergi yükü yaradırdı. Lakin aktivlər bank kreditləri hesabına əldə edildiyi halda, biznes subyektləri həmin aktivlərə görə ödənilən ƏDV məbləğlərini əvəzləşdirə bilirdi və nəticədə maliyyə sektorunda maliyyələşmə alətləri üzrə vergi yükü fərqləri yaranmış olurdu ki, bu da lizinq bazarının rəqabətliliyinə mənfi təsir göstərirdi.
Vergi Məcəlləsində edilən son dəyişikliklə həm lizinq şirkətlərinə, həm də lizinq alan sahibkarlara aktivləri əldə edərkən ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirmə imkanları yaradılıb. Beləliklə, dəyişikliyin əsas məqsədi maliyyələşmə alətləri üzrə bərabər vergi rejiminin yaradılması, səmərəliliyin artırılması, ƏDV-nin dəyər zənciri üzrə son istehlakçıya ötürülməsi yolu ilə vergi yükünün azaldılması, biznes subyektlərinə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verməklə vergi yükünün optimallaşdırılmasıdır. 
Lizinq şirkətlərinin gəliri olan ssuda faizlərinin isə maliyyə xidmətləri kimi ƏDV-dən azad olunması davam etməkdədir. Bununla yanaşı, lizinq şirkətləri tərəfindən aktivlər ƏDV ödənilmədən əldə edilibsə, həmin aktivlərin maliyyə lizinqi çərçivəsində biznes subyektlərinə təqdim edilməsi üzrə həm aktivin dəyəri, həm də ssuda faizlərinin tam şəkildə ƏDV-dən azad olunması davam etdiriləcək.
Daha bir vacib dəyişiklik lizinq alanın maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərini digər şəxsə ötürdüyü halda lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlərin maliyyə lizinqi hesab olunması, əvvəlki müqavilənin davamı sayılmasıdır.
Maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildikdə və həmin əməliyyat Vergi Məcəlləsinin 140.2-ci maddəsinin tələblərinə uyğun gəlmədiyi  təqdirdə, belə əməliyyat maliyyə lizinqi hesab edilməyəcək. Bu zaman vergilərin dəqiqləşdirilməsi Vergi Məcəlləsinə əsasən aparılacaq.
Beləliklə, dəyişikliklərin yekun nəticəsində lizinq alətinin təşviqi və bu prosesdə iştirak edəcək subyektlərin bu alətdən daha çox istifadə etməsinə şərait yaranacaq.

Maliyyə     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes