Lombardlar üçün "qara xəbər"
"Kapital Bank" iri bank olduğundan daha sərfəli şərtlər ilə kreditlər ayıra bilir. Böyük filial şəbəkəsi Bankın çoxsaylı üstünlüklərindən biridir.
"Kapital Bank"ın kredit məhsulları arasında lombard krediti yoxdur. Azərbaycanda fəaliyyət göstərən bir çox lombard "Kapital Bank" lombard krediti məhsulunu təklif etməsi ehtimalından narahatdırlar. Hesab edirlər ki, "Kapital Bank"ın lombard kreditlərini təklif etdiyi gündən onların bazarı bağlanacaqdır.
Bu gün "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov media nümayəndələri ilə görüşüb. Marja.az-ın əməkdaşı fürsətdən istifadə edərək "Kapital Bank"ın lombard krediti məhsulunu təklif edib-etməyəcəyini soruşub.
Fərid Hüseynov, "Lombardlar "Kapital Bank"ın lombard krediti məhsulu təklif edə biləcəyindən və nəticədə müştərilərini itirəcə biləcəklərindən narahatdırlar. Bankınız lombard krediti məhsulu təqdim etməyi nəzərdə tutur?" sualına belə cavab verib:
"Bizim ayrıca lombard krediti məhsulu təqdim etməyimiz bu gün gündəmdə deyil. Düşünürəm ki, lombardların narahatçılığı varsa, bunu nəzərdən keçirə bilərik, deməli o işdə nəsə var".

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları