"Makroiqtisadi diaqnostika" mövzusunda keçrilən təlimlər başa çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondu (International Monetary Fund) tərəfindən keçirilən "Makroiqtisadi diaqnostika" mövzusunda təlimlər başa çatıb.
Biznes.az xəbər verir ki, təlimlər Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensial Quruculuğu Mərkəzi (#CCAMTAC) tərəfindən keçirilib.
Təlimlərin keçirilməsində məqsəd , Azərbaycan dövlət qurumlarının iqtisadi təhlil və siyasət formalaşdırma bacarıqlarının artırılması olub.
Təlim proqramının əsas mövzuları isə belə olub:
Fiskal və monetar siyasətin qarşılıqlı əlaqəsi
Xarici sektorun #makroiqtisadi balanslara təsiri
Model əsaslı siyasət təhlili və proqnozlaşdırma
İnflyasiya amillərinin və trendlərinin təhlili
Borc dayanıqlığı və büdcə çərçivəsinin qiymətləndirilməsi
BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensial Quruculuğu Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke bildirib ki, təlimə ev sahibliyi edən və təşkilati dəstək göstərən İİTKM dövlət sektorunda analitik potensialın gücləndirilməsinə və iqtisadi siyasətin keyfiyyətinin artırılmasına töhfəsini davam etdirir.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qeyd edib ki, təlimdə tədris olunan iqtisadi modellər dövlət qurumlarının əməkdaşlarının fəaliyyətində əhəmiyyətli rol oynayacaq.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Dünyanın ən çox maaş verən şirkətləri
Whatsapp biznesin üstünlükləri nələrdir?
Bitcoin necə işləyir?
IMEI kod nədir?
Fond birjası nədir?