"Maliyyə institutları onlara kredit verməkdən çəkinirlər. Bu, böyük problemə çevrilib"
Beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən, Azərbaycanda KOB subyektlərinin maliyyə mənbələrinə çıxış sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcələri və sərt girov şərtləri, risklərin bölüşdürülməsi və kreditlərə zəmanət mexanizmlərinin zəif inkişafı, xüsusilə regionlarda daşınar əmlakın girov mexanizminin məhdud tətbiqidir.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda bildirib.
"Bununla yanaşı, faktorinq və lizinq əməliyyatlarının azlığını, alternativ maliyyə alətlərinin çatışmazlığını da qeyd etmək olar", - o deyib.
KOBİA sədrinin sözlərinə görə, bir çox hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir, hətta cavab verdikdə belə, maliyyə institutları onlara kredit verməkdən çəkinirlər: "Bu, böyük problemə çevrilib. Bizə gələn müraciətlərin, şikayətlərin çoxu bu amillə bağlıdır".
"Beynəlxalq Maliyyə Korporasiyasının hesabatlarına görə, inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün qarşılanmamış tələb 5,2 trilyon ABŞ dollarıdır. KOB-ların maliyyəyə çıxışının genişləndirilməsi qlobal və milli səviyyədə prioritet kimi qəbul edilməlidir", - o qeyd edib.
O.Məmmədov vurğulayıb ki, ölkəmizdə sahibkarlığın maliyyə ehtiyaclarını dəstəkləmək üçün mütəmadi olaraq təşəbbüslər həyata keçirilir: "Aparılan islahatların nəticələri digər mötəbər hesabatlarla yanaşı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının 2021-ci ildə dərc etdiyi "KOB Siyasəti İndeksi Hesabatı"nda da öz əksini tapıb. Hesabatda kredit informasiya sistemlərinin əhatə dairəsinin genişlənməsi, daşınar aktivlərin təhlükəsizliyi üçün reyestrin hazırlandığı, təminatlı əməliyyatlar üçün qanunvericilik bazasının mövcudluğu vurğulanıb, lizinq və faktorinq əməliyyatlarının böyüməsi üçün ölkədə potensialın olduğu qeyd edilib. KOB subyektlərinin maliyyə əlçatanlığının genişləndirilməsi istiqamətində Azərbaycan dövlətinin təşəbbüsləri sırasında ölkə prezidentinin müvafiq fərmanlarını qeyd etmək lazımdır. Həmin fərmanlara əsasən, KOBİA-ya digər vəzifələrlə yanaşı, KOB-ların maliyyə resurslarına çıxışın genişləndirilməsi vəzifəsi də verilib. Sözügedən vəzifədən irəli gələrək Agentlik KOB subyektlərinin alternativ maliyyə alətlərinə çıxışını genişləndirəcək institusional fəaliyyət həyata keçirməkdədir". (Report)

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dünyanın ən varlı 10 adamı
İKEA şirkətinin tarixi